Aypara Ayxan "Mutasiya" adlı şeirlər kitabını təqdim etdi
Baxılıb: 3398 Tarix: 06-10-2021 13:01

Aypara Ayxan
"Azərkitab" kitab təbliğatı mərkəzində Aypara Ayxanın "Mutasiya" adlı şeirlər kitabının təqdimatı keçirilib.
Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə şairin qələm dostları, müxtəlif sənət və peşə sahibləri, o cümlədən çox sayda ədəbiyyatsevər qonaqlar iştirak edib.
Çıxış edənlər A.Ayxanı təbrik edib, şairin həyat və yaradıcılığı barədə danışıb, şeirlərini oxuyub ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, Aypara Ayxan 1984-cü il aprelin 13-ü Sumqayıt şəhərində rəssam ailəsində dünyaya göz açmışdır. Şeir yazmağa 13 yaşından başlasa da, Azərbaycan və Türkiyə türkcəsində yazdığı şeirlər hər iki ölkənin dövri mətbuatında 2016-cı ildən dərc olunmağa başlamışdır. Şeir yazmaqdan başqa qiraət və rəssamlıq sahəsində də fəaliyyət göstərir.
"Mutasiya" adlı şeirlər kitabı müəllifin ilk kitabıdır. Kitabın redaktoru tanınmış şair Ayaz Arabaçıdır.
Təqdimatda şairə fəxri fərman və gül dəstələri təqdim edilib.

Sonda Aypara Ayxan tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, şeirlərini söyləyib, kitablarını imzalayıb.
Vüsal Ağa
Sumqayitfakt.Az












loading...
Ən çox oxunanlar