Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Məleykə Abbaszadə magistraturaya qəbuldan DANIŞDI

Baxılıb: 4116     Tarix: 06-01-2022 11:53   
Məleykə Abbaszadə magistraturaya qəbuldan DANIŞDI

"Magistraturaya qəbul imtahanının, son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur. Növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə olunacaq".


Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin "Magistr” jurnalının 1-ci nömrəsində yer alan "Ön söz”ündə qeyd olunub.

DİM sədri bildirib ki, 2022/2023-cü tədris ili üçün də test imtahanı iki dəfə - bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında təşkil etmək planlaşdırılır: "Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən etdiyi müsabiqə şərtini ödədikdə, onlar Mərkəzin elan etdiyi müddətdə qabiliyyət imtahanında iştirak etməlidirlər. İxtisaslaşma seçimi isə qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq. Qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticəsi müsabiqə şərtlərinə uyğun olan bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar".

M.Abbaszadə xatırladıb ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra DİM-in elan etdiyi müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından "məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər: "İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə uyğun həyata keçirilir. Seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə bakalavrların imtahandan topladıqları bal əsasında aparılır. Hər bir bakalavr ixtisaslaşmaların müsabiqəsinə öz istəyinə uyğun olaraq cari ildə iştirak etdiyi ya birinci, ya da ikinci imtahanda topladığı balla qoşula bilər".

Qeyd edək ki, magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevralın ayının 20-də keçirilməsi nəzərdə tutulur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər