Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Nazirlikdən informatika kitabları ilə bağlı AÇIQLAMA

Baxılıb: 4461     Tarix: 26-11-2021 10:52   
Nazirlikdən informatika kitabları ilə bağlı AÇIQLAMA
2023-cü ildə I qrup üzrə qəbul imtahanlarına informatika seçmə fənninin əlavə edilməsi ilə əlaqədar olaraq dərsliklərin yenilənməsi məsələsinə aydınlıq gətirilib.
Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Məlumata görə, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan I qrup üzrə İnformatika fənninə dair mövzularda dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklərə istinad olunacaq."Bununla yanaşı, 2021-2022-ci tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində istifadə müddəti bitəcək III, VII və X sinif dərsliklərinin 2022-2023-cü tədris ilinə təkmilləşdirilməsi planlaşdırılır. Həmin dərsliklər sırasında İnformatika fənni üzrə dərsliklər də yer alır" - deyə, qeyd olunub.
Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.
Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər