Xəbər xətti
23-06-2021
22-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Sumqayıtda “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilib -FOTOLAR

Baxılıb: 21 180     Tarix: 15-12-2016 10:53   
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib

Sumqayıtdakı M.Ə.Sabir adına kitabxana-filialda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “Vətən fədaisi”, “Həsrət yanğısı”, “İkiyə bölünmüş dünyam” kitablarının müəllifi, şairə, nasir Rahilə Veysəllinin “Dərd şələsi”, “Doğmalaşan yadlar” və “Viran könüllər” povestlərini özündə birləşdirən “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə kitabxana-filialın müdiri Hafizə Əliqızı açaraq, tədbir iştirakçılarını salamlamış, tədbirin dedişinə uğurlar arzulayıb.

Tədbirin aparıcısı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, şair-publisist, Əməkdar jurnalist Rafiq Oday Rahilə Veysəllinin həyat və yaradıcılığı haqqında oxuculara məlumat vermiş, kitabdakı povestlər haqqında mülahizələrini bölüşüb.

Tədbirdə Rahilə Veysəllinin qələm dostları - şair Əşrəf Veysəlli, Asif Asiman, Elbrus Qayalı, Nisə Qədirova, Xatirə Fərəcli, Qaratel Azəri, Qərib Laçınlı, Əlhəddin Paşayev, BDU-nun tələbəsi Təranə Şirinova, ADNSU-nun tələbəsi Sevinc Zeynalova, kitabxananın oxucuları Kamilə və Badam Əliyevalar, Ülviyyə Qaraşova və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbir boyu Rahilə Veysəllinin yaradıcılıq nümunələri bədii qiraət edilmiş, şeirləri muğam üstündə ifa olunub.

Rahilə Veysəlli tədbirdə iştirak edən qələm dostlarına və kitabxananın oxucularına təşəkkürünü bildirmiş, yaradılan şəraitə görə kitabxananın rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Sonda müəlliflə xatirə şəkilləri çəkilib.

Mərcan Sabirqızı

Sumqayitfakt.Az

Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib
Sumqayıtda “Dərd şələsi” kitabının  təqdimat mərasimi keçirilib


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər