Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Sumqayıtda avtobus sürücülərinə XƏBƏRDARLIQ

Baxılıb: 497     Tarix: 13-09-2022 15:50   

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülüb. Bu məqsədlə yol polisləri tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb.
Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də yeni nişanlanma xətləri çəkilib. Bununla da Sumqayıt şəhərində yerləşən məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib.
Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri ilə də profilaktik görüş keçirib. Sürücülərə yeni tədris ilinin başlanması ilə bağlı, xüsusən məktəblərin yerləşdiyi küçə və prospektlərdə hərəkət zamanı diqqətli olmağın vacibliyi barədə məlumat verilib.
Sürücülərin diqqətinə çatdırılıb ki, şagirdlər avtobuslardan düşən zaman arxa tərəfə doğru hərəkət etməyin vacibliyi barədə mütəmadi olaraq məlumatlandırılsın. Belə olan halda əks və eyni istiqamətdə hərəkət edən avtomobillər həm sərnişini görə bilir, həm də piyadalar avtomobillərə uyğun hərəkətlərini nizamlaya bilirlər.
Qeyd edək ki, Sumqayıt şəhərində yol polisləri tərəfindən bu cür profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər