Sumqayıtda dava zamanı iki qardaş bıçaqlanıb
Baxılıb: 354 Tarix: 26-07-2022 15:24

Sumqayıtda iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Yadigar İsgəndərovun cinayət işi üzrə ibtidai istıntaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə gönədərilib.
Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası iyulun 28-nə təyin olunub.
Qeyd edək ki, hadisə Sumqayıt şəhəri ərazisində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Tural Əliyevə və onun qardaşı 1985-ci il təvəllüdlü Xəyal Əliyevə bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya çatdırlıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Yadigar İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar