Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Güləmail Murad "Zəfərnamə" adlı kitabını təqdim etdi

Baxılıb: 4289     Tarix: 04-11-2021 23:24   
Güləmail Murad "Zəfərnamə" adlı kitabını təqdim etdi


Bu gün Sumqayıt şəhər Heydər Əliyev mərkəzinin, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Heydər Əliyev mərkəzində tanınmış şair-publisist AYB-nin üzvü Güləmail Muradın "ZƏFƏRNAMƏ" adlı kitabının təqdimatı keçirildi.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə şəhid anaları, şairin qələm dostları və müxtəlif iş adamları iştirak ediblər. Tədbirin aparıcısı AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin idi.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edənlər bütün şəhidlərimizə rəhmət, şəhid analarına səbr diləyib, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.



Qeyd edək ki, Güləmail Murad 4 - 09 - 1950 -ci ildə Akstafa rayonunda anadan olmuşdur. Otuzdan artiq kitabın müəllifidir. Yaradıcılığında əsas yeri hərbi vətənpərvərlik mövzusu tutur. Qarabağ müharibəsi qəhrəmanlarına həsr etdiyi Qarabağ harayı", "Vətən sağ olsun" "Dağlarda şahid səsi", " Qaydiş" Aprel döyüşləri " Qəhrəmanlıq yüksəkliyi", " Günniit eməliyyatı", Döyüş yolları", "Akula ləqəbli kəşfiyyatçı" və Tovuz döyüşləri " kitabları maraqla qarşılanmışdır.

Onun ədəbi uğurları "General Əli ağa Şıxlinski" medah." Vətənpərvərlik işində xidmətlərinə görə" medalı, "Böyük Vətən müharibəsinin 75 illiyi" medalı, Rəsul Rza Beynəlxalq mükafatı, Azərbaycan Respublikası Sərhəd Xidmətinin birinci və ikinci dərəcəli diplomları, Türkiyənin, Misirin bir çox mükafat vo diplomları ilə dəyərləndirilmişdir.

"ZƏFƏRNAMƏ" adlı kitab Dövlət Sərhəd Qoşunlarının baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Yusifli Azər Nazim oğlunun əziz xatirəsinə həsr olunub.



Xatırladaq ki, Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Azər Yusifli 2000-ci ildə Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin bitirib.
Atası — Nazim Yusifov bələdiyyə sədridir. Anası — Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir. Azər Yusiflinin də ilk müəllimi olub. Nişanlı idi.



Nişanlısı – ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım Azərin yoxluğuna heç cür inana bilmir.

Azər 2012-ci ilin aprelində hərbi xidmətə yollanır və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsi ilə xidmət edir.

Hərbi xidmətini bitirdikdən sonra bu sahədən ayrılmaq istəməyən qəhrəmanımız sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 nömrəli hərbi hissəsində başlayıb. Xidmətdə fərqləndiyinə görə, Azər dəfələrlə hərbi hissənin komandiri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə Azəri Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndərirlər. Orada keçirilən döyüş təlimlərində və taktiki, texniki fəaliyyətlərində Azər üstünlüklər qazana bilir.



2020-ci ilin iyulunda Qəhrəmanımız Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Döyüş yoldaşları Azərin dəfələrlə kəşfiyyatçı kimi Ermənistan ərazilərinə keçdiyini, xüsusi əhəmiyyətli əraziləri və obyektləri tədqiq etdiyini bildirirlər.

Nəhayət, sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarına məxsus, xüsusi təlim keçmiş “xüsusi təyinatlı kəşfiyyat dəstəsi” bütüntorpaqların azad olunması üçün ön sırada xidmətə yollanır.



Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışırlar.
Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb.



Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət etsin! Ruhu şad olsun!
Vətən sağ olsun!


Vüsal Ağa
Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər