Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda gənc ögey xalasını öldürdü - Qətlin TƏFƏRRÜATI

Baxılıb: 276     Tarix: 23-06-2021 10:59   
Sumqayıtda gənc ögey xalasını öldürdü - Qətlin TƏFƏRRÜATI

Sumqayıt şəhərində ögey xalasını qətlə yetirməkdə təqsirli bilinən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə Sumqayıt şəhərinədə baş verib. Masallı rayon sakini Ramil Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Ramil Əbilov ifadəsində bildirib ki, Əfsanə kimi tanıdığı ögey xalası analığı Gülnarədən 3-4 yaş kiçik idi və iki oğlu var idi.

Hadisə baş verən günü Ramil ögey xalası gilə gəlib: "Təxminən 15 dəqiqə mətbəxdə oturdum. Xalam günorta yeməyi hazırlayırdı. Birdən onun telefonuna mesaj gəldi. Getdi o biri otaqda mesajı oxumağa. Sonra gəldi ki, ərim idi mesaj yazan deyir 5-10 dəqiqəyə gələcək. Mən də başa düşdüm ki, xalam istəyir ki, mən evdən tez çıxıb gedim".

Əbilov daha sonra ifadəsində bildirib ki, masanın üzərində olan sarı rəngli mətbəx bıçaqını götürüb xalası Əfsanəyə arxadan yaxınlaşıb və onu boğa-boğa sanitar qovşağın yanına gətirib. Qadın əl-qol ataraq müqavimət göstərməyə çalışıb. Bu zaman Ramilin boğazını cırmaqlayıb. Əbilov xalasını yerə yıxan kimi bıçaqla çoxsaylı zərbələr endirib. Sonuncu sürünə-sürünə mətbəxə tərəf gedib və orada dünyasını dəyişib.

Əynindəki paltarlar qana batdığından onları çıxarıb xalası oğlunun paltarlarını geyinərək evdən pul və noutbuku götürərək hadisə yerindən uzaqlaşıb.

Məhkəmə prosesində Ramil Əbilov özünü qismən təqsirli bilib.

Məhkəmə araşdırma aparıb belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin CM-nin 177.2.3-cü ( oğurluq yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildiyində), 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11-ci ( quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü ( qusldurluq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı iş üzrə dindirilən zərəçəkmiş şəxsin və şahid ifadələri və həmçinin toplanan istintaq sənədləri ilə tam sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə 23 yaşlı Ramil Əbilov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər