Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Bakı-Sumqayıt qatarının işə başlamasını nə yubandırır?

Baxılıb: 391     Tarix: 04-05-2021 21:10   


Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının fəaliyyətinin bərpasının yubanma səbəbi məlum olub.

Sumqayitfakt.Az xəbər verir ki, yubanmaya səbəb Bakı-Quba yolu üzərində inşa edilən yol ötürücüsünün (dəmiryolu körpüsünün) standartlara cavab verməməsidir:

“Bildiyiniz kimi, Bakı-Xırdalan- Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyini təmin etmək üçün Bakı-Quba yolunun Xırdalan dairəsinin yaxınlığından keçən hissəsində körpünün yenilənməsi həyata keçirildi. Körpünün inşasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Körpü-Bina-Tikinti MMC (KBT) həyata keçirib.

Tikinti işləri bitdikdən sonra körpüdə test keçidi həyata keçirilib. Sınaq qatarı ilk olaraq 20 km/saat, daha sonra 40 km/saat sürətlə hərəkət edib. Hər iki halda körpünün əsməsi yoxlanılıb. Aşkar edilən nöqsanlar barədə həm AAYDA, həm də KBT-yə məlumat verilib”.

Mənbənin fikrincə, yay aylarında qatarların fəaliyyətinin bərpası gözlənir:

“Hazırda nöqsanların aradan qaldırılması istiqamətində işlər aparılır. Qaldırılan məsələlər nə qədər tez həll edilsə və aidiyyəti strukturlar körpünü istismara qəbul etsə, qatarların hərəkəti də həmin vaxt bərpa ediləcək. Yay aylarında sərnişinlər yenidən Bakı-Sumqayıt-Bakı qatarından istifadə edə biləcək”.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti 2020-ci ilin avqustun 10-da 3 aylıq dayandırılmışdı. Amma rəsmən açıqlanmayan səbəblərə görə, qatarların hərəkətindəki fasilə hələ də davam edir.

Əlavə edək ki, Bak-Sumqayıt və əks istiqamətdə hərəkət edən sərnişinlər Bakı-Pirşağı-Sumqayıt qatarı ilə mənzilbaşına çata bilərlər./report

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər