Xəbər xətti
04-08-2021
03-08-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sumqayıt polisi çimərliklərdə reyd keçirib

Baxılıb: 31 368     Tarix: 08-08-2020 17:16   
Sumqayıt polisi çimərliklərdə reyd keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.


Sumqayitfakt.Az
xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında 5 nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

Qeyd edək ki, tətbiq edilən bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür. Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb olunublar. Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər