Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

«Azərikimya» İstehsalat Birliyində bayram münasibətilə tədbir keçirilib-FOTOLAR

Baxılıb: 2199     Tarix: 21-09-2018 16:06   
«Azərikimya» İstehsalat Birliyində bayram münasibətilə tədbir keçirilib-FOTOLAR

«Azərikimya» İstehsalat Birliyində 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.


Kimyaçılar öncə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsini ziyarət etmiş və abidənin önünə təzə-tər gül dəstələri düzmüşlər. Sonra tədbir Birliyin akt zalında davam etdirilmişdir.
Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, hazırda «Azərikimya» İstehsalat Birliyi ölkə Prezidentinin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycanın bügünkü yüksəlişini layiqincə qiymətləndirən və bu yüksəlişin daha geniş vüsət almasını sürətləndirməyi vacib sayan ölkə başçısının imzaladığı müvafiq sərəncam sənayenin neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanmaları üçün yeni perspektivlər açmışdır. İqtisadiyyatımızın daha da gücləndirilməsi, diversifikasiya imkanlarının artırılması sayəsində ölkəmizin dünyanın qabaqcıl dövlələri sırasına çıxması istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasətin məntiqi nəticəsi olaraq respublikamızın neft-kimya sənayesində mühüm irəliləyişlər dövrü başlanmışdır. Vurğulanmışdır ki, ötən dövr ərzində SOCAR-ın dəstəyi ilə «Azərikimya»nın texniki bazasının gücləndirilməsi, Etilen-polietilen zavodunda məhsul istehsalının artımına, keyfiyyətin yüksəldilməsinə hesablanmış yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, yeni qurğuların tikintisi və yeni avadanlıqların quraşdırılması, kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması və s. tədbirlər «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımından yeni bir canlanmaya və yüksəlişə səbəb olmuşdur. “Azərikimya” İB-nin 2019-cu ilə qədərki hədəfi mövcud istehsalatların modernizasiyası və rekonstruksiyası, yeni istehsalat qurğularının və köməkçi istehsalatların tikintisi ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində tikilən Polipropilen və yüksək sıxlıqlı Polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsinə və “EP-300” istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir.
Tədbirdə “Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə artıq 9 ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirmişdir.
Təşəkkür və qürur hissi ilə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-cil tarixli Sərəncamı ilə “Azərfikimya” İstehsalat Birliyinin bir əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 3 nəfəri isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bundan əlavə SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrinə əsasən respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup əməkdaş “Fəxri neftçi” döş nişanı ilə təltif olunmuşdur ki, onların da arasında 6 nəfər kimyaçı var. Bir nəfər əməkdaşımız isə “İlin ən yaxşı kimyaçısı” adına layiq görülmüşdür.
Tədbirin sonunda “Azərikimya” İB tərəfindən təltif olunmuş 25 nəfər kimyaçıya – Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin və Birliyin idarəetmə aparatının əməkdaşlarına fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.
Tədbir boyu “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının nəzər-diqqətinə çatdırılmışdır.

Sumqayitfakt.Az




























Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər