Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Deputat 700 min pulunun oğurlanmasından danışdı...

Baxılıb: 2627     Tarix: 21-01-2016 12:27   
"Bir təhsil müəssisəsində 700 min manat necə ola bilər? Məgər kassirəm? Tamamilə yalan məlumat yayıblar. Özü də otağım elə bir mərtəbədə yerləşir ki, oğrunun ora daxil olması qeyri-mümkündür"
Deputat 700 min pulunun oğurlanmasından danışdı...

Sumqayıtfakt.az
xəbər verir ki, bu sözləri deputat, Odlar Yurdu Universitetinin rəhbəri və İdarəetmə Şurasının üzvü Əhməd Vəliyev iş otağındakı seyfindən 700 min manat oğurlanması xəbərindən danışarkən deyib.

Ə.Vəliyev il ərzində toplanan təhsil haqlarının ancaq 700 min manatı keçə bildiyini qeyd edib: “İndiki iqtisadi vəziyyətdə ali məktəbdə bu qədər pul olması mümkün deyil. Bu saat banklardan kredit götürüb maaşları ödəyirik. Tələbələrin cəmi 20-30 faizi təhsil haqlarını ödəyə bilib.

Nə zavodumuz, nə fabrikimiz var. Belə vəziyyətdə universitetdə 700 min manat nə gəzir? Hətta belə bir oğurluq faktı olsa belə, bu cinayəti edən yaşaya bilməz. Çünki banklardan kredit götürüb maaşları veririk, tələbələr təhsil haqqını ödəyə bilmir və o pulu yemək olmaz. Tələbələri də başa düşürəm.

Valideynlərlə də görüşüm olub və təhsil haqlarının artırılmayacağını demişəm. Eyni zamanda, müəllimləri də ixtisar etməmişik. Bu gün yaranan iqtisadi şəraitdə müəllimi ixtisar etmək onu öldürməkdir”.

Deputat bildirib ki, seyfindən pul oğurlanması xəbərini yayanlar onu sevməyənlər ola bilər: “Dünyanın heç bir dövlətində mətbuat bu xəbərləri dəqiqləşdirmədən yaymır. Kimisə sevməmək olar, amma bir təhsil müəssisəsini nüfuzdan salmaq doğru deyil.

Bu universitet tələbələrin, valideynlərindir. Rəhmətlik Heydər Əliyevin xeyir-duası ilə bu ali məktəbi təsis etmişəm və indi 70 yaşımda da işləyirəm, təhsil üçün hamballıq edirəm”.

Qeyd edək ki, “Criminal.az” saytı Ə.Vəliyevin seyfindən 700 min oğurlandığını və 12 gündür cinayəti edənlərin tapılmadığını yazıb. Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, saxlanılan yoxdur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər