Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib -FOTOLAR

Baxılıb: 2596     Tarix: 25-11-2016 10:48   
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib


"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən Bakı Texniki Kollecində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Bakı Texniki Kollecinin direktor Fərrux Məmmədov Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı rolundan və dövlətçiliyin inkişaf etdirilməsində bu ideologiyanın təməl prinsip olmasından, Prezident İlham Əliyev tərəfindən bu ideologiyaya əsaslanan dövlət siyasətinin inkişaf etdirilməsindən bəhs etmişdir.

"Kür-Xəzər" xeyriyyə ictimai birliyinin nümayəndəsi Əziz Hüseynov
layihə haqqında tələbələrə məlumat verərək qeyd etmişdir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" adlı bülleten hazırlanmış, təhsil ocaqlarına ziyalıların səfərləri təşkil olunmuşdur.

Tədbirdə iştirak edən qonaqlardan 20 yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev, Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rza Azərbaycançılıq və vətənpərvərlik mövzusunda fikirlərini tələbələrlə bölüşdülər.

Tələbələrdən Humay Əlizadə "Heydər Əliyev və Azərbaycançılıq", Günel Musazadə "Vətənpərvərlik - öz zəhmətini sevmək deməkdir" mövzularında çıxışlar etdilər.

"Kür-Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən "Azərbaycançlıq - milli ideologiyamız" bülleteni, şair Oktay Rza tərəfindən isə müəllif kitabları kollecin kitabxanasına hədiyyə edildi.

Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib

Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib

Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib
Bakı Texniki Kollecində ziyalılarla tələbələrin görüşü keçirilib


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər