Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar

Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

"Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda tədbir keçirilib -FOTOLAR

Baxılıb: 2639     Tarix: 24-11-2016 12:00   
"Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda tədbir keçirilib

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, "Kür-Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən Bakı məktəblərində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü keçirilib.

Görüşlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində 72 №-li məktəb-lisey, 238 və 32 №-li tam orta məktəblərdə baş tutub.

Tədbirlərdə "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin rəhbərliyi ilə yanaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza, dosent Mətləb Əlizadə, 20 yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak ediblər.

Görüşdə ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiya olduğu qeyd edilmişdir. Şair Oqtay Rza tərəfindən vətənpərvərlik və Azərbaycanla bağlı şerlər səsləndirilib.

Məktəb rəhbərləri təmsil etdiyi təhsil müəssisənin uğurları haqqında qonaqlara məlumat veriblər.

Müzakirələrdə şagirdlər aktiv iştirak edərək öz fikirlərini bildiriblər.

Təşkilat tərəfindən "Azərbaycançlıq - milli ideologiyamız" bülleteni, müəlliflər tərəfindən isə kitablar məktəblərin kitabxanasına hədiyyə edildi.

Görüşün sonunda "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin rəhbərliyi tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya, 72 №-li məktəb-liseyin direktoru Polad Əjdərova, 238 №-li tam orta məktəbin direktoru İlqar Talıbova və 32 №-li tam orta məktəbin direktoru Sevda Abdullayevaya minnətdarlığını bildirdilər.

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər