Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Könüllərdə taxt quran insan – Ağəddin MANSURZADƏ

Baxılıb: 2174     Tarix: 29-08-2022 17:53   


“ ...63 yaşdan sonrakı ömrüm qazancdır. Onu Allah mənə verə də bilər, verməyə də”, -deyərdi, rəhmətlik Ağəddin müəllim.
Tox nəfsləyaşayıb, ömür-gün sürdü, heç bir kimsənin tale payında gözüolmadı. Və 63 yaşında qırx il ərzində yazdığı
əsərlərə haqlı olaraq özünün peyğəmbər ömrünün yadigarları kimibaxırdı. 63 yaşdan sonra qazanc dediyi ömrü isə beş il sürdü, 68 yaşında haqqın dərgahına qovuşdu. Sağlığında nəşr etdirdiyi 40-dək kitabı maraqla qarşılanmışdı. Оnu tanıyanlar, az-çox dəst-xəttinə bələd olanlar, Qələmə namusla xidmət etdiyini yaxşı bilirlər. Özü demişkən, yaşıdları dünyanın bir çox mükafatlarına layiq görüldülər, ad-san, şöhrət sahibi oldular, amma Ağəddin Мansurzadə ömrü boyutitanik zəhmətinə görə bircə“sağ ol”a da qane oldu…Ağəddin müəllim “Azərbaycan” nəşriyyatına gələndə həmişə doqquzuncu mərtəbədə mənim o zamançalışdığım “Qarabağa aparan yol” qəzetinin redaksiyasına baş çəkərdi. Hər dəfə dəçantasında təzə kitablarından gətirərdi. “Azərbaycan müəllimi” və vaxtilə özünün çalışdığı “Ədəbiyyat qəzeti”nin redaksiyaları da bu mərtəbədəydi. Hər bir redaksiyada onu gülərüzlə qarşılayardılar. Bizim redaksiyaya gələndə isə mütləq ona çay təklif edərdim, əslində məqsədim bu səmimi, sinədəftərinsanı doyunca dinləmək idi... Hərdən mənə bağışladığı“Vasim Məmmədəliyev zirvəsi” kitabına səliqəli xətlə yazdığı avtoqrafa baxıram: “Qardaşım qədəristədiyim, eləözü də bu hörmətə və məhəbbətə layiq olan əziz Nurəddinəən xoş arzularla müəllifdən. 27. 02. 2003”. Min birəziyyətlə xatirələr toplayıb barəsində kitab bağladığı görkəmlişəxslərin xarakterindən elə şövqlə söhbət açırdı ki, adam ona heyran qalırdı. Xalq şairi Qabilin evində “qonaq” olmasından, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovla tanışlığından, Mir Kazım Aslanlıdan və hər ikimizin yaxşı tanıdığı digərtanınmış ziyalılardan ürək dolusu söhbətlər edərdi...“Bizim Ağamız” kitabıma daxil etdiyim “Səsindən tanıdığımadam” xatirə-etüdündəmənim barəmdə də xoş sözlər yazmışdı: “... Nurəddin rayonumuzun söz bilən, söz deyən və söz adamlarına, ümumiyyətlə, Sözə hörmət edən qələm sahiblərindəndir. Yaxşı yazıçı və jurnalistdir... Böyük iman sahibi Seyid Sadıq ağa haqqında yaxşı bir kitab müəllifidir. Nurəddini mənə doğma edən bir səbəb də var. Mənim ipək kimi bir şair qardaşım var- Nurəddin Əliyev. Ona görə də bütün Nurəddin adını daşıyanlara xüsusi mehri-məhəbbətim var. Ümumiyyətlə, kim mənim ata-anamın, bir sözlə, yaxın və doğmalarımın adını daşıyırsa, onların hamısını qəlbən sevir, xətir-hörmətlərini əziz tuturam.”O, qoynunda yaşayıb -yaratdığı Sumqayıtı doğulib boya-başa çatdığı Masallımız qədər sevərdi. Ağəddin müəllim xeyir-şər adamıydı. Sumqayıtdan durub Masallının ən ucqar, kəndarası yolları kələ-kötür olan bizim Xırmandalıyaprofessor Əsgər Zahidovun, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovun, tərcüməçi-alim Əziz Gözəlsoyun yas mərasimlərinə gəlmişdi. Bakıda mənim övladımın toyunda ağsaqqal kimi xeyir-dua verəndən sonra qol götürübкöhnə kişilərsayağı “Süleymani” havasına ağayanarəqs eləmişdi...Ağəddin müəllimlə müştətək arzularımız,üst-üstə düşən fikirlərimiz çox idi. Üzdən sakit, mülayim görünsə də daxilindəüsyankarlıq vurnuxurdu... Etibar etdiyi, güvəndiyi adamların ikinci sifətinigərəndə, sankiruhu qayçılanırdı, haqsızlığa dözmürdü: “Mən nə biləydim ki, dünya belə tez “dağılacaq”, sürətlə dəyişəcək... Heç kim heçkimin ərizəsini oxumayacaq”- deyirdi. Rəhmətlik dayısı Kərbəlayı Məhəmməddən yadigar qalan bir müdrik kəlamı tez-tez təkrarlayardı: “Yuxumu yaxşı görmüşdüm, yozanın Allah evini yıxsın!”Yazıçı-publisist Ağəddin Mansurzadə ədəbiyyatımızda dərin iz buraxmış sənətkarlardandır. Onun həm yaradıcılığı, həm də şəxsiyyəti haqqında xalq yazıçıları Mirzə İbrahimov, Hüseyn Abbaszadə, xalq şairləri Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, akademiklər Teymur Bünyadov, Vasim Məmmədəliyev, Nizami Cəfərov, professorlar Qulu Xəlilov, Qəzənfər Paşayev,
Anar İsgəndərov, Aqşin Babayev, Fərahim Sadıqov və başqaları çox gözəl fikirlər söyləyiblər. Ağəddin müəllimin dəyərli kitablarindan biri “Cənnətdə görüşənədək” adlanır. Yaxşı xatırlayıram, mənim ssenarim əsasında çəkilən “Seyid Sadıq aləmi” filminə müsahibə verəndəHаcı AğəddinMansurzadəfikrini bu cümləylə bitirdi: “Məni Masallıda görənlər böyük kəramət və səxavət sahibi Seyid Sаdıq ağaya bənzədirlər. Bilmirəm, ağanın bu kitabımdan xəbəri vardı, ya yox, amma mən onun ruhuna üz tutub, inşallah, “Cənnətdə görüşəndək!”,- deyirəm”.Unudulmaz Ağəddin müəllim haqqında ölümündən 5 il sonra - 2013-cü ildə oğlu Orxan Mansurzadənin tərtibatı və redaktorluğu ilə "Ömür bitsə də..." adlı kitabınəşrolundu.Həmin kitabla Ağəddin müəllim sağlığında olduğu kimi, üzündən əskik olmayan nurlu təbəssümlə yenə köhnə və təzə dostlarınının görüşünə gəldi. Ağəddin müəllim halal qələmi ilə könüllərdə TAXT qurub. Özü cismən aramızda olmasa da,kitabları həmişə bizə həmdəm olacaq.Son ünvanında -Cənnət evində ruhu şad olsun! Şəxsiyyətinə və ruhuna böyük ehtiramla

Nurəddin ƏDİLOĞLU

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər