Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Halallığa, paklığa səsləyən bayram

Baxılıb: 393     Tarix: 10-07-2022 15:10   
Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Qurani-Kərimin dini tələbidir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Demək lazımdır ki Qurban bayramı yalnız İslam dininin tələbi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur.
Həzrəti Məhəmmədin yaratdığı İslam dini böyük İnama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bunu hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onu ildə bir dəfə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirdilər. Qurani-Kərimdə deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni, bərəm ayı (Zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi" (Quran 5-ci surə, ayə 97).
Qurban bayramı günü insanlar Allaha dualar edir, imkansızlara əl tuturlar. Həmin günü heyvan kəsmək İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatla bağlıdır. Rəvayətə görə, Allah Taala ona əmr edir ki, oğlu İbrahimi ona qurban gətirsin. Peyğəmbər Allaha məhəbbətini ifadə etmək üçün buna razılaşır. İsmayıl özü də qurban olmağa hazır idi. Bu haqda Qurani-Kərimdə da yazılmışdır. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib kasıblara paylamalıdır. Allah yolunda kəsdiyimiz qurbanlar yeri gələndə onun yolunda hər şeyimizi fəda etməyə hazır olduğumuzu göstərir. Beləcə, lazım gələrsə Vətən və müqəddəs dəyərlər uğrunda qurban olmağı öyrənir və öyrədirik.
Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur. Ölkəmizdə də bu bayram gizli şəkildə qeyd olunurdu.
Respubikamız müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur.
Müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasət nəticəsində xalqımız qurban bayramını, eləcə də digər bayramları yüksək səviyyədə qeyd edir.
Prezidentimiz İlham Əliyev də Azərbaycan xalqına müraciətində bildirir ki, Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək əxlaqi-mənəvi dəyərlərə hörmət rəmzidir. Qurban bayramının xeyirxahlıq, şəfqət və mərhəmət bayramı olduğunu xatırladan Prezidentimiz hər il xalqımıza, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza bayram təbriklərini çatdırır, onların Qurban bayramını təbrik edir.
Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu əziz gündə şəhidlərimizin xatirəsi yad edilir.
Hər hansı niyyət üçün qurban kəsmə hər hansı gündə ola bilər.
İki gün qeyd olunan bayram günü isə hər kəs öz böyüklərini və yaxınlarını təbrik edir, xoş sözlər söylənir, qurban payları verir, kasıbların qazanı qaynayır, uşaqların üzü gülür.
Halallığa, paklığa səsləyən Qurban bayramı mənəvi birlik rəmzidir, insanlara həmrəylik, şəfqət və mərhəmət hisslərini aşılayır. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Qurban byramında müslmanlar Allah yolunda bütün fədakarlıqlara hazır olduqlarını nümayiş etdirdikləri kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında canlarından keçməyə hazır olduqlarını göstərdilər.
Qurban bayramı Allah yolunda, İkinci Qarabağ müharibəsi isə Vətən uğrunda fədakarlığın nümunəsidir. Hər il Qurban bayramında xalqımızın əziz dualarından, arzularından biri məhz tezliklə işğal altında olan torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi idi. Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Artıq bu torpaqlarda azan səsi ucalır, məscidlər bərpa olunur, bütün bayramlar kimi, Qurban bayramı da yüksək səviyyədə qeyd edilir.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurban kəsmək və onu paylaşmaq sosial bərabərliyə ən gözəl nümunələrdən biridir.
Sumqayıtda da hər il Qurban bayramında bütün ənənələrə sadiq qalaraq ahıllara, əlillərə, şəhid, qazi ailələrinə, müharibə veteranlarına, xeyli sayda aztəminatlı, imkansız ailəyə qurban payları verilir.
Hər bir həmvətənimizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimizi yetiririk. Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edirik. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. 
Qurban bayramınız mübarək olsun! 

Dostuxanım Zülfüqarova,
“Tərəqqi” medallı pedaqoq

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər