Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Azzadan aldığı tort başına bəla oldu - 3 il həbs…

Baxılıb: 484     Tarix: 07-07-2022 08:55   
"AZZA AQRO” Qapalı Səhmdar Cəmiyyətinin mağazasından tort alan Bakı sakini Cavad İsmayılov (soyad şərtidir) məhkəməlik olub.

Sumqayitfakt.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, aldığı tortun içindən milçək çıxdığı iddiası ilə mağazaya şikayət etsə də, araşdırmalar nəticəsində bu, təsdiqini tapmayıb.

Bundan başqa, Cavad "Azza”dan şikayətçi olmamaq üçün qarşı tərəfdən 5 min manat pul istəyib. O, əks halda şirkətin nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağını bildirib.

"Azza”nın nümayəndəsi şikayətçi ilə Xan Şuşinski küçəsi 62 ünvanında yerləşən baş ofisdə görüşən zaman ona min manat pul verib, qalan pulu da axşam saatlarında gəlib götürməsini bildirib. Cavad isə pulu tam götürəcəyini bildirərək axşam qayıdacağını deməklə ofisi tərk edib.

Bundan sonra "Azza” rəhbərliyinin göstərişi ilə polisə şikayət edilib. Şirkətin şikayəti əsasında C.İsmayılova qarşı cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 182.1-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. İşə Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarı ilə Cavad İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər