Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

“Azərbaycanda nömrə alveri gedir"

Baxılıb: 451     Tarix: 29-06-2022 11:04   

"hamam hamam içində..."

“Azərbaycanda nömrə alveri gedir
Bir müddət əvvəl , müğənni Lətifə Soyuöz “Xəzər” TV-nin efirində özünə məxsus avtomobilin nömrəsinin 170 000 manat olduğunu söyləyib.  

Qeyd edək ki, Azərbaycanda avtomobil nömrələrinin fərdi şəkildə satılması heç kimə sirr deyil. Dövlətə məxsus nömrələrin maksimim qiymətinin 3000 manat olduğu halda, internetdə bundan dəfələrlə yüksək qiymətə satıldığını görmək mümkündür.

Bəs Dövlət Yol Polisinin “Dövlət rüsumu haqqında” qanuna əsasən satmalı olduğu maşın nömrələri necə olur ki, dövlət rüsumundan baha və həmçinin fərdlər tərəfindən satılır? 170 min manata nömrə satılması mümkündürmü?

Sumqayitfakt.Az  mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin münasibətini öyrənib.
“Avtomobil nömrəsi texniki avadanlıq deyil ki, “qara bazar”da satılsın. Müğənninin o qiymətə nömrəni necə əldə etdiyini biz bilmirik”, - deyə o bildirdi.

Sirr deyil ki, Azərbaycanda nömrəyə bu qədər pul verən insanlar olur, amma bu şou-biznes əhli bir az şişirtməyə meyllidir.
“Həmin xanımın avtomobil nömrəsi bizim araşdırma nəticəsində məlum oldu ki, onun nömrəsi “085” ilədi. Bu nömrənin əvvəlki rüsumu 22 manat idi, indi 30 manatdır. Bu adam necə şişirdir ki, mənim  maşınımın nömrəsi 170 000 manatdır? Efirə çıxıb ağızlarına gələni danışırlar. Hazırda efirdə danışılacaq daha ciddi mövzular var, nəinki kiminsə paltarının, maşın nömrəsinin qiyməti. Bu mövzular cəmiyyətdə heç kimə lazım deyil, sadəcə özlərini reklam edirlər”,- deyə ekspert əlavə etdi

Qeyd edək ki, Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir.Amma eyni zamanda internetdə istənilən nömrəni bəlli bir miqdara fiziki şəxslərdən almaq olur.Axı polisin xəbəri olmadan bu fəaliyyəti kim reallaşdıra bilər.Əyər "dogrudan da"xəbəri yoxdusa-onda ...
Qanuna əsasən rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
- müxtəlif seriya - 2000 manat;
- eyni seriya - 3000 manat;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
- müxtəlif seriya - 1500 manat;
- eyni seriya: 2000 manat;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
- müxtəlif seriya:  1000 manat;
- eyni seriya: 1500 manatdır.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər