“Zəngin hövzələr” layihəsi çərçivəsində körpə nərə balıqları Kür çayına buraxılıb
Baxılıb: 449 Tarix: 15-06-2022 22:53


Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 15-də körpə nərə balıqlarının Kür çayının mənsəbinə buraxılması həyata keçirilib.
ETSN rəsmilərinin, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə keçirilən tədbir zamanı 290 000 ədəd nərə balıq körpəsi Kür çayına buraxılıb.
Qeyd edək ki, ölkənin müxtəlif regionlarında təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.
Xatırladaq ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may ayında start verilib. Təkcə 2021-ci ildə 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.
Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkəmizdə may ayının 1-dən etibarən balıq ovuna 4 aylıq moratorium tətbiq olunur.
Layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə çağırır.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar