Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Rüstəm İbrahimbəyov və Rasim Balayev barədə belə çıxış edənlər məhkəməyə veriləcək

Baxılıb: 442     Tarix: 14-06-2022 18:21   





Sumqayitfakt.Az xəbər verir ki,Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

“Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və İttifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və AR Ədliyyə nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri, Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlirik.
Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafiyamızın inkişafına heç bir xeyir gətirməyəcək.
Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, İttifaqın üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik.
Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının, və İttifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq”.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər