Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Laçında görülən işlər açıqlanıb

Baxılıb: 384     Tarix: 02-06-2022 17:38   

Laçında görülən işlər açıqlanıb, 15:

Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır.
Sumqayitfakt.Az xəbər verir ki. bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.
Onun sözlərinə görə, hazırda ərazi təmizlənir: “Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq: "Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir".
Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.
Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın 6 beynəlxalq hava limanı var. Onlar Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Zaqatala və Füzulidə yerləşir.
Füzuli hava limanının rəsmi açılışı 2021-ci il oktyabrın 26-da olub. Azad edilmiş ərazilərdə daha 2 hava limanı inşa edilir. Zəngilan Beynəlxalq Hava Limanının bu il sentyabrın 1-10-u arasında istismara təhvil verilməsi gözlənilir. Aeroportda işlərin artıq 60 %-i tamamlanıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər