Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

"Sürücülük vəsiqəsini rüşvətlə alan olmasa, satan da olmaz" - AÇIQLAMA

Baxılıb: 4205     Tarix: 07-12-2021 17:11   
"Sürücülük vəsiqəsini rüşvətlə alan olmasa, satan da olmaz" - AÇIQLAMA

“Avtomobillərə məxsus bir sıra seriya nömrələrinin rüsumları artırılanda, cəmiyyətdə ironiya yarandı, çünki hamı həmin qiymətlərin real olmadığını bilir. Vətəndaşlar bilir ki, real qiymətlər rüsumlarda göstəriləndən dəfələrlə çoxdur. Nəinki bahadı, ümumiyyətlə, həmin nömrələri hər adama satmırlar. Onlar yalnız xüsusi oliqarxlar, nazirlərə məxsusdur. Hesab edirəm ki, məmurların belə vəziyyətdən sui-istifadəsinə cəmiyyət təkan verir”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, avtomobillərin seriya nömrəsi məsələsinə bu qədər maraq göstərməsək, bu məsələdə belə həssas olmasaq, nömrələr bu qiymətə satılmaz: “Tələbat olduğu üçün təklif artır və qiymətlər müəyyənləşir. Sürücülük vəsiqəsinin verilməsində Sovet dönəmində də rüşvət və korrupsiya halları var idi, təəssüf ki, bu ənənə müstəqil Azərbaycan dövlətində də davam etdirilir. Məndə olan məlumata görə, rüşvət vermək istəməyən həmin ödənişi etmədən özü oxuyaraq imtahan verir və sürücülük vəsiqəsini əldə edir. Rüşvət verərək vəsiqə alan vətəndaşlar özlərini əziyyətə vermək istəməyənlərdir. Ona görə də yollarda bu cür xaotik vəziyyət yaranır, çünki əksər sürücülər yol hərəkəti qaydalarını bilmir. Təbii ki, bu, rüşvət alanlara, sürücülük vəsiqəsini pulla satanlara haqq qazandırmır, amma alan olmasa, satan da olmaz. Bu kimi problemlərin həlli kiçikdən tutmuş böyüyünə qədər bütün rüşvətlərin kökünü kəsməkdir. Görünən odur ki, dövlət bu problemi həll etməkdə hələki maraqlı deyil. Təəssüf ki, kadr və vəzifəlilər dəyişsə də, adətlər həmişəki kimi qalır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər