Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

DİN-dən Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına CAVAB

Baxılıb: 3122     Tarix: 17-05-2021 15:54   
DİN-dən Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına CAVAB

İşlər Nazirliyindən (DİN) Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın sosial şəbəkələrdə paylaşdığı iddialarına münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis serjantı Nahid Razimlinin atasının iddiaları əsassızdır, həqiqəti əks etdirmir:

"Atanın övladının hansı əmələ görə cəzlandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır.
Atanın iddialarının bütün təfərrüatları tam və hər hərtərəfli araşdırılıb.

N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib. Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsə də nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib".

E.Hacıyev deyib ki, cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb:

"Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur"."report"

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər