Xəbər xətti
20-06-2021
18-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi

Baxılıb: 465     Tarix: 08-05-2021 19:08   
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 29 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, həmin kateqoriyalardan olan şəxslərə birdəfəlik maddi yardım ödənişi təmin edilib.


Nazirlikdən bildirilib ki, ümumilikdə 5 648 şəxsə birdəfəlik maddi yardım verilib.

Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 159 şəxsin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 5 489 nəfərin hər biri isə 750 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər