Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Ermənilər gürcülərdən də oğurladı...

Baxılıb: 2931     Tarix: 28-01-2016 10:13   
Ermənilər gürcülərdən də oğurladı...
Facebook sosial şəbəkəsinin gürcü sektorunda peyda olmuş videoya şərh yazmış çoxsaylı istifadəçilərdən biri məhdud sayda insana məlum olan «Gevorkyan rəqs akademiyası»nın solistlərinin ifasında «erməni toy rəqsi»ni təqdim edib.

Sonradan məlum olub ki, video ABŞ-da yazılıb. Hər şey səs-küysüz ötüşə də bilərdi, lakin sosial şəbəkənin gürcü istifadəçiləri bu rəqsi hələ uşaqlıqdan «lekuri» kimi tanıdıqlarını bildiriblər. Nə sadə vətəndaşlar, nə də xoreoqraflar səhv edə bilməzdilər, çünki bu rəqs onların mədəniyyətində özünəməxsus yerə malikdir.

Hər bir gürcü onu həyatının ən əlamətdar günündə — toy günü ifa edir. Buna görə də, Tbilisidə ermənilərin onları «əsas milli rəqsdən məhrum etmələri» ilə bağlı yaranmış səs-küylü qalmaqalı başa düşmək olar. Bəziləri hətta hökuməti Amerika məhkəməsinə müraciət etməyə və milli dəyəri qorumaq üçün UNESCO-ya üz tutmağa çağırıblar.


Gürcüləri hiddətləndirən faktlardan biri də odur ki, bir vaxtlar məşhur sovet bəstəkarı Aram Xaçaturyan həmyerlilərinin indi özününküləşdirməyə çalışdıqları bu gürcü rəqsinə dəfələrlə valeh olduğunu bildirib. O da məlumdur ki, görkəmli gürcü bəstəkar Zaxari Paliaşvili bu rəqsi ayrıca səhnə kimi özünün «Daisi» operasına əlavə edib. Məhz elə sözügedən operadakı rəqs musiqisi ermənilərin öz rəqsləri kimi qələmə verdikləri videoda səslənir.

Tbilisidəki hiddətin əks-sədası ABŞ-a yetişən kimi oradan Gürcüstan paytaxtına üzrxahlığa bənzər izahatlar gəlməyə başlayıb. Məlum olub ki, «akademiya»nın gürcü xalqının milli dəyərini özününküləşdirmək kimi heç fikri də yox imiş. Bəs, guya bizim öz rəqslərimiz də özümüzə bəsdir.

«Erməni toy rəqsi» başlığı isə guya kiminsə «şəxsi təşəbbüsü» olub və «akademiya»nın bundan xəbəri yoxdur. İndi Tbilisidə baş sındırıb anlamağa çalışırlar ki, bununla erməni qardaşlar nə demək istəyirmişlər...
Virtualaz.org


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər