Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Gənclərin “Sahibkarlıq Məktəbi”nin əsası qoyuldu - Mingəçevirdə/ Fotolar

Baxılıb: 3763     Tarix: 18-05-2017 11:09   


Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə yekun vurulub. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaq, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən region gənclərinin üzə çıxarılması və artırılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamı ölkədə kiçik sahibkarlığın inkişafına təkan verəcək. Buna uyğun olaraq ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmalarına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək məqsədi ilə Mingəçevir Gənclər Evində “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinin keçirilməsi zəruri hesab edilib. Hər iki qrupda 25 nəfər gənc tələbənin iştirakı ilə həyata keçirilən təlimdə ümumilikdə 50 nəfər gənc yararlanıb. İştirakçılar Mingəçevir Dövlət Universtietinin və Mingəçevir Turizm kollecinin tələbələrindən ibarət olub.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov çıxış edərək təlimdə iştirak edən bütün gənclərə uğurlar edib. Bildirib ki, gənclərin bu sahədə maarifləndirilməsinin böyük əhəmiyyəti var.

Mərkəzin hüquqşünası Arifə Məmmədova
biznesin hüquqi formaları, hüquqi məsuliyyətlər barədə gəncləri məlumatlandırıb.

Təlimçi Kamal Əhmədov iştirakçılarlarla təlim müddətində keçirilən mövzular ətrafında müzakirələr aparıb. Təlimdə iştirak edən gənclər arasında təlimi uğurla başa vuran 39 nəfər gənc sertfikartla təltif olunaraq “Sahibkarlıq Məktəbi”–nə üzv seçilib.

Ləman Bəylərova

Sumqayitfakt.Az














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər