Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Meymunçiçəyi korluğa səbəb olur? - SENSASİON İDDİA

Baxılıb: 435     Tarix: 05-08-2022 21:36   
Meymunçiçəyi korluğa səbəb olur? - SENSASİON İDDİA
Meymunçiçəyi xəstəliyindən sonra görmə də daxil olmaqla, uzunmüddətli təsirlərin meydana çıxması ehtimal olunur. Virus gözlərə sirayət edərsə, insan tamamilə kor ola bilər.
 
Sumqayitfakt.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik-analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya “İzvestiya” qəzetinə müsahibəsində deyib.
 
“İnfeksiyanın gözlərə yayılması nəticəsində buynuz qişanın iltihabı (keratit) inkişaf riski ola bilər, bu da onun bulanıqlaşmasına, xorasına, sonradan çapıqlaşmasına və nəticədə görmə qabiliyyətinin geridönməz itkisinə səbəb olacaq”, - Pşeniçnaya qeyd edib.

Misir Tanta Universitetinin tədqiqatçılarının istinad etdiyi məlumatlara görə, meymunçiçəyinə yoluxmuş hər on xəstədən birində korluq, hər beşindən birində fotofobi, hər üçdə birində konyunktivit yaranır. Xəstələrdə həmçinin fokal səpgilər, konyunktiva, keratit və buynuz qişanın xorası inkişaf edir.
 
MIPT-də əhalinin sağlamlıq göstəricilərinin təhlili və səhiyyənin rəqəmsallaşdırılması laboratoriyasının rəhbəri Stanislav Ostavnov bildirib ki, meymunçiçəyi ilə əlaqəli buynuz qişanın infeksiyasının korluğa səbəb ola biləcəyi faktını Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyib. Bundan əlavə, ÜST ensefalit, bronxopnevmoniya, qan zəhərlənməsini də ağır nəticələr adlandırır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər