Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

“Omicron”un xüsusi simptomları hələ də öz təsdiqini tapmayıb” - Baş infeksionist

Baxılıb: 3107     Tarix: 14-01-2022 10:20   
 “Omicron”un xüsusi simptomları hələ də öz təsdiqini tapmayıb” - Baş infeksionist

"Üst tənəffüs yolları viruslarını ikl baxışda bir-birindən ayırd eləmək o qədər də asan deyil. Çünki simptomlar qeyri-spesifikdir. İstənilən virus xəstəliyində eyni simptomlara rast gələ bilərik”.


Sumqayitfakt.Az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov İTV-də "Diqqət mərkəzi” verilişində deyib.

F.Sədirov bildirib ki, bunlar öskürək, baş, əzələ ağrıları, temperatur, burun axıntısı, gözdəki iltihabi əlamətlərdir:

"Bunlar spesifik deyil, bütün virus infeksiyalarında görülə bilər. "Omicron” üçün xüsusilə vurğulanmış simptomlar hələ də öz təsdiqini tapmayıb.

Bununla belə, ilkin mülahizələrə görə, daha çox baş, əzələ ağrısı, qızdırma, üst tənəffüs yollarında konyuktivit və asqırma-öskürmənin daha az olması ilə xarakterizə olunur. Amma bunların heç birinin dəqiq spesifikliyi yoxdur. Bu, fərddən fərdə dəyişə bilər. Bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində baş və əzələ ağrısı ilə görülə bilər.

Ona görə diaqnozun dəqiqləşdirilməsi üçün molekulyar testlərə müraciət etmək lazımdır”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər