Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Hindistan ştammı qorxunc sürətlə yayılır: daha betər pandemiya gəlir...

Baxılıb: 382     Tarix: 01-06-2021 12:31   
Hindistan ştammı qorxunc sürətlə yayılır: daha betər pandemiya gəlir...


Kütləvi vaksiyasiyanın və digər amillərin təsiri ilə Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrində karantin rejiminin yumşaldıldığı bir vaxtda alimlər koronavirusun Hindistan ştammının getdikcə təhlükəli xarakter aldığı barədə xəbərdarlıq edirlər.

Sumqayitfakt.Az
virtualaz.org-a istinadən xəbər verir ki, Sinqapurun Milli Universiteti nəzdində ictmai səhiyyə Məktəbinin dekanı, professor Tek İk İn bildirib ki, COVİD-19 virusunun Hindistan ştammı dünyada dominanta çevrilir və sonradan daha ciddi pandemiyaya səbəb ola bilər. Bu haqda "The Straits Times" nəşri yazır.

Onun sözlərinə görə, Hindistan ştammı "qorxunc sürətlə" yayılır və mütəxəssislərin yoluxanları vaxtında təcrid etmək, habelə virusun ötürülmə zəncirini qırmaq üçün göstərdiyi səyləri üstələyir. Professor xüsusən ictimai səhiyyənin zəif olduğu ölkələrdə virusun yeni-yeni ştammlarının meydana çıxacağı haqda xəbərdarlıq edib.

"Hətta koronavirusla effektiv şəkildə mübarizə aparan Vyetnam xəstəliyin yeni dalğası ilə üzləşib və hakimiyyət orada Hindistana Britaniya ştammlarının hibridini təşkil edən yeni variant aşkarlayıb",-professor deyib. Mütəxəssis bildirib ki, indiki situasiyada ən effektiv vasitə vaksindir, çünki vaksin yoluxma riskini azaldır, habelə yoluxma halında təhlükəli simptomların inkişafı riskini aşağı salır.

Mütəxəssislər virusun yeni ştammları barədə xəbərdarlıq etdiyi bir vaxtda dünyada COVİD-19 virusunun mənşəyi barədə diskussiyalar yenidən qızışıb. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri araşdırmadan sonra Çin hakimiyyəti ilə birgə bəyan ediblər ki, virusun yarasadan insana keçməsi prioritet versiyadır. Lakin ABŞ hakimiyyəti, nüfuzlu Harvard və Stenford universitetlərinin alimləri bu versiyanı qəti rədd edir. Virusun Çinin Uhan şəhərindəki hərbi laboratoriyada süni şəkildə hazırlandığını və oradan ətrafa sızdığını bildirirlər.

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı həmin laboratoriyada işləyən alimlərdən birinin hələ pandemiyanın başlamasından bir neçə ay əvvəl koronavirusdan öldüyünü açıqlayıb. Diplomat virusun süni mənşəli olduğuna dair çoxsaylı dəlillərin olduğunu bildirib.

Devid Aşer Donald Trampın administrasiyası dövründə koronavirusun mənşəyini araşdıran qrupda yer alıb. O deyir ki, Uhan laboratoriyasında işləyən alimin arvadı koronavirusdan hələ Çin hakimiyyətinin bu virusun mövcudluğunu təsdiqləməsindən əvvəl, 2019-cu ilin dekabrında ölmüşdü. Daha sonra Çin hakimiyyəti virusun insandan insana keçmədiyinə inandırmağa çalışırdı. Bir ay sonra mütəxəssislər virusun insandan insana keçdiyini sübuta yetirdilər və pandemiya elan olundu. Keçmiş amerikalı diplomat deyir ki, Çin hakimiyyətinin bu rəftarı virusun bütün dünyaya yayılmasına imkan verdi. Devid Aşer virusun yarasalardan insana keçməsi barədə versiyanı "gülməli" adlandırıb və deyib ki, Çinin Uhan laboratoriyası sintetik biologiyanın əsas mərkəzidir, orada viruslar üzərində təhlükəli eksperimentlər apararaq "yaşam qabiliyyətini" artırmağa çalışırlar.

Aşerin sözlərinə görə, Çin laboratoriyasında işlənib hazırlanan virus variantları "heç nəyə oxşamır", onların təbii evolyusiya yolu ilə meydana gələn viruslarla heç bir əlaqəsi yoxdur. "Mən bizim milli laboratoriyalarımızdan birində biostatistika üzrə mütəxəssislərdən bu haqda soruşdum. Onlar belə virusun təbii yolla meydana çıxması ehtimalının əvvəlcə 13 milyonda 1 olduğunu bildirdilər, daha sonra qənətlərinə yenidən baxaraq 13 milyardda bir olduğunu dedilər",-keçmiş amerikalı diplomat bildirib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər