Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda bir ilk - Xəstəyə iki qaraciyər köçürüldü

Baxılıb: 3145     Tarix: 08-05-2021 11:10   
Azərbaycanda bir ilk - Xəstəyə iki qaraciyər köçürüldü

"Mərkəzi Klinika"da ölkəmizdə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

Sumqayitfakt.Az
publika.az-a istinadən xəbər verir ki, bu barədə əməliyyatı aparan cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi mətbuat konfransında bəhs edib.

Cərrah-transplantoloq deyib: "Xəstə uzun müddət idi ki, hepatit B ilə əlaqədar olaraq qaraciyər sirrozundan əziyyət çəkirdi. Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi. Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi".

O, bu əməliyyatın ölkə səhiyyəsinin bir uğuru kimi dəyərləndirib və qeyd edib ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb. Cərrah-transplantoloq bunu gənc tibbi kadrların təhsilinə göstərilən dövlət qayğısı, eləcədə səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir tibbi avadanlıqlarla təchizatına göstərilən dövlət qayğısı ilə əlaqələndirib, əməliyyatın uğurlu alınmasında donor komandasının rəhbəri Dr. Kamran Beydullayevin böyük əməyi olduğunu bildirib və ona xüsusi təşəkkürünü qeyd edib.

Klinikanın baş həkiminin müavini, ümumi cərrah Dr. Zaur Xəlilov əməliyyatın mürəkkəbliyi haqqında məlumat verərək deyib: "Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir".

Mətbuat konfransında üzərində qaraciyər transplantasiyası aparılan xəstə Arzuman Sadıqlı çıxış edərək onun həyata qayıtmasında əməyi olan hər bir həkim və tibb işçisinə minnətdarlığını bildirib. "30 yaşım var, evdə iki övladım yolumu gözləyir. Yenidən həyata qayıtdığım, ailəmə, övladlarıma qovuşduğum üçün özümü çox xoşbəxt hesab edir və bunun üçün Mircəlal həkimin rəhbərlik etdiyi əməliyyat qrupuna, xəstəxanaya və tibb heyətinə ən xoş və ülvi hisslərimi çatdırmaq istəyirəm. Özümü çox yaxşı hiss edirəm və yaxın günlərdə evə, ailəmə və övladlarımın yanına dönəcəyəm",- deyə ürək sözlərini ifadə edib.

Xəstənin donorları bacısı Rəna Sadıqova və xalası oğlu Anar Qasımov uğurlu əməliyyat üçün klinikanın kollektivinə təşəkkür ediblər. Xəstənin atası Vəli Sadıqov isə deyib: "Arzumanı müalicə üçün 6 il Gürcüstana və Türkiyəyə aparmışıq. Bizə müxtəlif ölkələrə, klinikalara üz tutmağı məsləhət bilirdilər. Lakin oğlumun xilasının heç də başqa ölkələrdə yox, öz ölkəmizdə , öz səhiyyəmizdə olduğunu öyrəndim və öz təcrübəmdə buna şahid oldum. Öz həkimlərimiz oğlumu bizə yenidən bəxş etdilər".

Mətbuat konfransında məlumat verilib ki, donorlar üç və ya beş gündən sonra evə buraxılıblar. Xəstənin isə evə yazılması planlaşdırılır yaxın günlərdə evə yazılacaq.

Qeyd etmək istəyirik ki, Dr. Mircəlal Kazımi Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası edən cərrahdır. O, komandası ilə birlikdə transplantologiya sahəsində ilklərə imza ataraq regionda ən çox qaraciyər və böyrək transplantasiyası icra edən cərrahdır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər