Xəbər xətti
23-06-2021
22-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Sumqayıtda Qarabağ qazilərinin şagirdlərlə görüşü keçirildi -FOTOLAR

Baxılıb: 3899     Tarix: 17-11-2017 11:19   
Sumqayıtda Qarabağ qazilərinin şagirdlərlə görüşü keçirildi


Sumqayitfakt.Az xəbər verir ki, “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi “Sumqayıtda aprel döyüşlərinin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanması” layihəsi çərçivəsində tədbirləri davam etdirir. Xatırladaq ki, bu layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimizin, şəhid olan döyüşçülərimizin cəmiyyətdə geniş təbliği və tanıdılması, onların keçdiyi qəhrəmanlıq yolu barədə gənclər və yeniyetmələr arasında geniş məlumatlandırma işi aparılması yolu onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə onları mənəvi və psixoloji cəhətdən hər an hazır olmalarına çalışmaqdır.

Layihə çərçivəsində növbəti görüş Sumqayıt şəhər 13 saylı tam orta məktəbdə təşkil edildi. Görüşdə məktəbin 90-dən artıq yuxarı sinif şagirdi iştirak edirdi. Tədbiri “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq ən əvvəl bir yerdə Azərbaycan Dövlət Himninin oxunmasını və vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra Ağanənə Seyidqızı Birliyin həyata keçirdiyi layihənin məqsədi və layihə çərçivəsində görülən işlər barədə məlumat verdikdən sonra erməni quldurlarının vətənimizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasətinə qarşı Azərbaycan əsgərlərinin mərdliklə vuruşduqlarını, vətən yolunda minlərlə gəncimizin canından keçdiyini, ötən ilin aprel ayında isə ordumuzun hərb tariximizə bir şanlı səhifə yazdığını qeyd etdi. O, vətən uğrunda canından keçənlərin xatirələrinin daim əziz tutulmasının, Qarabağ müharibəsi alovundan sağ çıxan döyüşçülərimizə daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini də vurğuladı və bu günkü görüşdə Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş bir qrup qazinin gənclərə öz döyüş yolu və xatirələrini danışmaq, müasir gəncliyin qarşısında duran vəzifələr və gənclərə tövsiyyələrini çatdırmağa imkan yarandığını dedi.

A.Seyidqızı ilk çıxış üçün sözü “Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri, Milli Paralimpiya Komitəsi Oturaq Voleybol üzrə Milli Komandanın Baş məşqçisi, dövlət təltifləri olan II qrup Qarabağ əlili Tərlan Hacızadəyə verdi.

T.Hacızadə çıxışında ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasətinin tarixi kökləri, ötən əsrin 80-ci illərindən başlayaraq ermənilərin etnik təmizləmə və işğalçılıq siyasəti, Azərbaycanı istəməyən digər qüvvələrin himayəsi ilə ərazilərimizin 20 faizini işğal etməsi barədə şagirdlərə ətraflı məlumat verdi. Daha sonra Qarabağ uğrunda döyüşlərdə əsgərlərimizin qəhrəmanlığından, şəxsən iştirak etdiyi döyüşlərdən xatirələrini bölüşdü və ötən ilin aprel döyüşlərinin Azərbaycan ordusunun yeni bir qəhrəmanlıq səhifəsi olduğunu və Azərbaycan ordusunun real gücünü ifadə etdiyini vurğuladı.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəxsi şücaətlərinə görə bir sıra dövlət təltiflərinə layiq görülmüş “Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin üzvləri: I qrup Qarabağ əlilləri Asif Abdullayev, İlqar Cəfərov və II qrup Qarabağ əlilləri, Sahib Şamilov, Şahin Murtuzov gənclərə öz döyüş yollarından danışaraq müasir gəncliyin də qarşısında çox çətin və şərəfli bir vəzifənin dayandığını, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladılar.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xatirə Fərəcli vətənpərvərlik mövzusunda çıxış etdi və yeni şeirini oxudu. Yuxarı sinif şagirdlərindən Rəvan Sultanlı, Hacı Rəsulov, Fatimə Abdullayeva şeirlər oxudular.

Sumqayıt şəhər 13 saylı tam orta məktəbin direktor müavini Sübhi Məmmədov çıxış edərək məktəblərdə belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyəti olacağını, bundan sonra da belə tədbirlərin keçirilməsinə hər cür şərait yaradılacağını qeyd etdi.











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər