Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

QHT ahıllar üçün doğum günü tədbiri təşkil edib

Baxılıb: 3442     Tarix: 23-06-2017 09:55   


Doğum günü tədbiri Binəqədidə yaşayan Sarıtel Cəfərova, Anaxanım Əmiraslanova və Nisə Məhərrəmova üçün təşkil olunub və Ahıllara və Tənhalara Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihə rəhbəri dövlət tərəfindən müxtəlif həssas qrup insanlara qayğı göstərildiyini və prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının aktiv fəaliyyətdə olduğunu bildirmişdir.

Ahıllarla görüşədə iştirak edən “Peşəyönümlü Təhsilin İnkişafına yardım” İçtimai Birliyinin sədri, xeyriyyəçi, publisist, İradə Əlili də bu görüşdən məmnun qaldığını və bu kimi sosial aksiyaların vacibliyini qeyd etmişdir. İradə Əlili ahıllar üçün hazırladığı sovqat payını da ahıllara təqdim edərək, eyni zamanda dəvət üçün təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, layihənin məqsədi Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin tətbiqi ilə həmin vətəndaşların asudə vaxtının fəal və faydalı təşkili, onlara cəmiyyət tərəfindən diqqət və qayğının artırılmasına diqqəti çəkmədən ibarətdir.

Layihə çərçivəsində ahıl və tənha vətəndaş üçün Azərbaycanın dilbər güşələrindən Quba rayonuna istirahət turu təşkil olunub, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laueratı, şair-dramaturq Zaməddin Ziyadoğlunun “Ömür növrağı” kitabının təqdimatı mərasimi keçirilib.

Sumqayitfakt.Az











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər