Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Xəstələnməməyin ən düzgün yolu massaj və fizioterapiyadır

Baxılıb: 2217     Tarix: 31-07-2022 20:00   
Gülnaz Abulova: “İnsan mütəmadi olaraq damarlarının qayğısına qalmalıdır və onların təmizlənməsini təmin etmək, qanın təmiz
olmasına çalışmaq, sağlamlığın ən vacib yoludur”.


-Sağlamlığını düşünən, uzun ömür yaşamaq istəyən insan, ilk növbədə sağlam həyat şəraiti yaşamalıdırlar. Həmişə də aktiv həyat şəraitində olmalıdırlar. İdman etməlidirlər. Daim hərəkətdə olmalıdır. Hər bir insan hər gün ən azından 5-6 kilometr piyada gəzməlidir. Böyük filosoflordan biri deyib ki, “hərəkət sağlamlığın ilk dərmanıdır”. İnsan hər gün yeməklərinə fikir verməlidir. Hər şeyə əsəbləşməməlidir. Çünki çoxlu xəstəliklərin ilk ocağı stresslər, depressiyalardır. Əsəb xəstəlikləri, qan-damar xəstəlikləri, ürək, onkoloji, təzyiq və şəkər xəstəlikləri də stresslərdən, əsəb gərginliyindən daha çox yaranır. Ona görə də insanlar düşdüyü vəziyyətdən asılı olmayaraq, bütün gücünü sərf edib, səbirli olmalıdırlar. Var-dövlər ardınca qaçmamalıdırlar. Onlar bilməlidirlər ki, hələ bu vaxta qədər çirkli yollarla əldə olunan var-dövlət heç vaxt yiyəsinə qismət olmayıb. Ona görə də insan tez-tez həkimə müraciət edib, profilaktik müayinələrdən keçməlidirlər. İnsan, ilk növbədə özü-özünün həkimi olmalıdır. Tibbi maarifləndirməni yaxşı bilməlidir. Bax, bütün bunlara riayət edən insan, inanmıram ki, ciddi xəstəliklərə tutulsun, - deyə bu sözlərlə
Gülnaz Abulova söhbətə başladı. O, Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının fizioterapiya şöbəsində massajist işləyir və artıq bu sahədə 30 illik təcrübəsi var. Mənim də uzun illərdir ki, tanıdığım Gülnaz xanım Abulova həqiqətən
öz işinin əsl mütəxəssisidir.

Açığı 4-5 ay idi ki, damar xəstəliklərindən əziyyət çəkirdim. Çoxlu həkimlərə müraciət etmişdim. Hər həkim də bir dərman yazırdı. Amma təzyiqim heç cürə qaydasına düşmürdü. Tez-tez evə Təcili Tibbi Yardım maşını çağırırdıq. Onlar da ayrı-ayrı iynələr vurur və gedirdilər. Hamısının da sözü bu olurdu ki, “axır vaxtlar təzyiq, infarkt, insult, onkoloji və şəkər xəstəlikləri daha çoxalıb. Çünki insanlar
damar xəstəliklərindən əziyyət çəkirlər. Bu da gündəlik yediyimiz qidaların çox pis olmasında, keyfiyyətsizliyindəndir”.
Yaxından tanıdığım və savadına çox inandığım Təcili Tibbi Yardım Stansiyasının cavan, amma çox savadlı həkimi Ramil Quliyev məsləhət bildi ki, “hökmən fizioterapiya ilə məşğul olub, massajlar və toklar qəbul etdirmək lazımdır ki, təzyiqiniz düzəlsin. İnanıran ki, dərmanlardan daha çox bunların sizə hökmən köməyi dəyər”. Onun dediyi kimi də elədim.Beləliklə, uzun illər tanıdığım Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli
Xəstəxanasının fizioterapiya şöbəsinə rəhbərlik eləyən çox savadlı, təcrübəli həkim Aybəniz İbrahimovaya müraciət elədim. O da mənə bir neçə toklar və massaj olunmağımı məsləhət bildi. Beləliklə, məni əvvəllər də massaj edən Gülnaz xanıma
yenə də müraciət elədim. Massaj üzrə öz işinin yüksək mütəxəssisi olan Gülnaz Abulova çox maraqlı və məşəqqətli bir həyat yaşayıb. Belə ki, Qamsaxurdiya Gürcüstana rəhbərlik etdiyi vaxt çoxlu azərbaycanlılar kimi, Gülnaz xanımgilin ailəsi də orada Bolnisi rayonunun
Saraclı kəndində bərli-bəzəkli evlərini, geniş torpaq sahələrini qoyub, həyat yoldaşı və üç övladı ilə Sumqayıta pənah gətiriblər. Onlar Gürcüstanda sayılıb-seçilən nəsildəndirlər. Gülnaz xanımın ulu babası mahalın koxası olub. Əmisi uzun illər
Bolnisi rayonun birinci katibi işləyib. İlk əvvəllər burada, Sumqayıtda da günləri yaxşı keçməyib Solmaz xanımgilin
ailəsinin. Amma “ağır ömrün günü gödək olar”,- deyib atalar. Tezliklə, onlara da həyan olan xeyirxah insanlar tapılıb...Gülnaz İsa qızı Abulova Tiflisdə Tibb Texnikumunu əla qiymətlərlə bitirsə də ilk əvvəllər Sumqayıtda öz sənəti üzrə iş tapa bilməyib. Amma Sumqayıt səhiyyəsində
əvəzsiz işlər görən Məlik Əliyev onu Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının fizeoterapiya şöbəsinə işə götürüb və bu işi yaxşı bilməsə də onu Cəvahir xanımın yanına kursa göndərib və özü də işə nəzarət edib. Cəvahir xanım həmin vaxtlar Sumqayıtda ən yaxşı massaj üzrə mürəxəssis idi. Şəhərin ən tanınmış insanları massaja görə yalnız ona müraciət edirdilər. Gülnaz xanım ondan çox şey
öyrənib və Məlik həkimin ümidlərini doğruldub. Beləliklə də, bu gün Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli Xəstəxansının sayılıb-seçilən massajistlərdən biri sayılır. Yuxarıda dediyimiz kimi onun artıq bu sahədə 30 illik təcrübəsi var. Xəstələrinin də sayı-hesabı yoxdur.
Gülnaz xanım İsa qızı Abulova təkcə öz işini massajist kimi bitmiş hesab etmir. O, öz üzərində çalışdığına görə, təbabətin bütün sahələrini öyrənir və əsasən də bioloji və xalq təbabəti yaxşı mənimsəyib. Bizim onunla söhbətlərimiz də əsasən bu haqda
oldu.

- Gülnaz xanım, uzun illər Sumqayıtda fizioterapiya sahəsində əvəzsiz işlər görmüş Məlik Əliyev haqqında nə deyə bilərsiniz?

-Sumqayıt şəhərində fizioterapeyanın əsl yaradıcısı Məlik həkim olub. Mənim kimi Sumqayıtda yüzlərlə fizioterapiya sahəsində çalışanların hamısının müəllimi məhz Məlik Əliyev idi. Bunu heç kim dana bilməz. O, bizim hamımızın mənəvi atası sayılırdı. Biz hamımız indi onun verdiyi çörəyi yeyirik. İşimlə bağlı bəlkə də hər gün mən ona 5-6 dəfə müraciət edirdim. O da səbrlə hər şeyi başa salırdı. Mənə massajla bağlı çoxlu kitablar verdi ki, oxuyum və gəlib həmin kitabları ona danışım. Həmin vaxtlar bizim Xəstəxananın baş həkimi də Bayram Əsədov idi. Bayram həkim də çox
yaxşı insan və həkim idi. Həm də öz işinin mütəxəssisi kimi böyük hörməti vardı. O
da əlindən gələni edirdi ki, mən öz sənətimi yaxşı öyrənim. İndi də baş həkimimiz
Mətləb Musayevdir. O, bizim 1 nömrəli xəstəxanada uzun illər urologiya şöbəsində
həkim işləyib. Kollektivi yaxşı tanıyır və kollektiv də onun işgüzar olduğunu bilir.
Mətləb həkim bu vəzifəyə yeni təyin olunsa da hamımız ondan çox razılıq edirik.
Çünki yaxşı insan və yaxşı mütəxəssisdir.
Məlik həkimdən sonra, yəni 1997-ci ildən bizim fizioterapiya şöbəsinə Aybəniz
həkim İbrahimova rəhbərlik eləyir. Onun belə bir maraqlı fikri var və bizə də həmişə
təlqin eləyir: “Fizioterapiya səhiyyənin şah əsərlərindən biri olmaqla, təbii üsulla
müalicə tarix boyu böyük sınaqlardan çıxmış klassik müalicə metodudur. Çalışın
bunu xəstələrə də inandırın ki, onlar bu üsulla müalicəyə daha çox üstünlük
versinlər”. Aybəniz həkim təkcə bizim yox, həm də xəstələrin çox hörmət etdiyi
yüksək səviyyəli mütəxəssisdir. Aybəniz həkimdən nə işçilər və nə də xəstələr heç
vaxt narazı qalmır. Çünki o, əsl insan olmaqla öz işinin mahir bilicisidir.
Ümumiyyətlə, bizim xəstəxana çox mehriban bir kollektivdir. Mənim qızım Fərqanə
burada cərrahiyyə olunmuşdu. Xəstəxanada çalışan həkimlərin, tibb bacılarının, hətta
xadimələrin ona və mənə necə böyük qayğı göstərdiyini gördüm. Belə mehriban
kollektivlə çox işlər görmək olar.

- Gülnaz xanım, elə ağır xəstələr olubmu ki, siz onları massaj edibsiniz ,
sağalıblar, sonra gəlib sizə razılıq ediblər?


- İşlədiyim bu 30 ildə yüzlərlə elə adamların adını çəkə bilərəm ki, sağalıblar və
həmişə də massaja görə mənim yanıma gəliblər. Özü də bir dəfə mənim yanıma
massaja gələn, hökmən ikinci dəfə də gəlir. Massaj elətdirmək üçün elə insanlar gəlir
ki, gərək öz işinlə sən onları narazı salmayasan. Xoş üzlə qarşılayasan. Böyük
qayğı, diqqət göstərəsən. Çünki belə vaxtda əzələlər ağırlaşır və insan çox pis olar.
Əsəb gərginliyi keçirir. Gərək çalışasan ki, öz işini vicdanla yerinə yetirəsən və xəstə
də tam sağalsın. Mən də öz işimlə buna çalışıram.

 -Bu gün çoxlu xalq təbabəti və bioloji təbabətlə müalicə üsulları meydana çıxıb.
Amma klassik təbabətlə məşğul olan həkimlərin isə böyük əksəriyyəti bunu
qəbul etmirlər. Lakin bioloti təbabətlə, xalq təbabəti ilə dünyanın sivil ölkələri
çox geniş məşğul olurlar. 30 illik təcrübəsi olan bir mütəxəssis kimi sizin buna
münasibətiniz necədir?


-Əlbəttə, mən buna çox yaxşı və təbii baxıram. Çünki bu müalicə üsulu min illərlə,
əsrlərlə yol gəlib və özünün təsdiqini tapıb. Məşhur İbin Sina metodu buna tam
sübutdur. Yapon, Çin, Şərq təbabətini kim dana bilər? Çox qədim zamanlarda indiki
müasir dərmanlar olmayanda insanları bioloji təbabət üsulu və dərman otları ilə
müalicə ediblər. İndi də bu üsulla müalicə edib, yüksək effekt ala bilirlər. Hətta
onkoloji xəstəlikləri də əgər vaxtında başa düşüb, müalicəsinə başlasalar, bu üsulla
yaxşıca müalicə edirlər. Gəlin danmayaq ki, bu gün yediyimiz yeməklərin tərkibi
yüksək kalorili olmadığına görə damarlarda kirəclənmə yaranır və insanların
təzyiqində, əsəbində böyük problemlər çoxalır. Bunun qarşısı da vaxtında alınmasa
bu da infarkta, insulta və başqa fəsadlara qədər onları aparır. Sonra xəstəliyin başqa
fəsadları da yaranır. Ona görə də artıq özünün əsrlərlə təsdiqini tapmış xalq
təbabətində işlədilən və damarların təmizlənməsinə kömək edən bir neçə üsulu mən
də insanlara təklif edirəm. Kimlər ki, qəbul edirlər, hökmən xeyrini görürlər.
Bildiyimiz kimi bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün
qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır və bu da
müxtəlif damar xəstəliklərinə, başqa xəstəliklərə səbəb olur. Otuz illik təcrübəsi olan
mütəxəssis kimi məsləhət bilirəm ki, mütəmadi olaraq damarların qayğısına qalmaq,
qanın təmiz olmasına çalışmaq, onların təmizlənməsini təmin etmək, sağlamlıq üçün
olduqca vacibdir. Damarların uzun əsrlər sınanmış xalq təbabəti vasitələri ilə
təmizlənməsinin bir çox üsulları var. Onların ən əsaslarından biri də massaj və
fizioterapiyadır. Bunlar insanı həm sağlam və həm də gümrah saxlayır. İnsan ömrünü
uzadır. Bu, tam ziyansız müalicə üsuludur. Ona görə də məsləhətim budur ki,
insanlar əgər sağlam, gümrah olmaq istəyirlərsə, ildə ən azından iki dəfə massaj və
fizioterapiya qəbul etsinlər. Bunun yalnız və yalnız onların sağlamlığına çox böyük
köməyi olar. Atalarımız da deyib ki, “insanın ən böyük var-dövləti onun
sağlamlığıdır”. Sağlamlığı nə pulla, nə var-dövlətlə almaq mümkün deyil.



Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər