Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Sumqayıtda şair-jurnalist Nisə Heydərli doğum günündə anıldı - ŞƏKİLLƏR

Baxılıb: 3144     Tarix: 31-08-2022 22:50   


Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və “Möhtəşəm Azərbaycan” qəzetinin ofisində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər  Birliyinin üzvü, uzun müddət “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru kimi fəaliyyət göstərmiş, dünyasını vaxtsız dəyişmiş istedadlı jurnalist, tanınmış şairə Nisə xanım Heydərlinin (Qədirova) anım mərasimi keçirilmişdir. 

Gecəni giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti Rafiq Oday açmış, Nisə xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur. R.Oday Nisə xanımın əsərlərindən, çap olunmuş kitablarından ibarət sərgi ilə tədbir iştitakçılarını tanış etmiş, onun çoxşaxəli yaradıcılığı haqqında geniş məlumat vermişdir.
Xatirə gecəsində "Manevr.az" Media Qrupunun rəhbəri,  Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlı, Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Təşkilatının sədri Qafqaz Əvəzoğlu, "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Çəmşidqızı,  "Dəlidağ" Ədəbi Birliyinin sədr müavini, istedadlı şairə Sevinc Qərib, "Sumqayıt" qəzetinin məsul katibi İlhamə Məhəmmədqızı, "Günəşli sabah" qəzetinin təsisçisi və baş redaktoru, tanınmış jurnalist Aygün Hacıyeva, "Bahar" jurnalının baş redaktoru Ruhiyyə Bahar, "Möhtəşəm Azərbaycan" qəzetinin baş redaktor müavini, Nisə xanımla 10 ildən artıq bir redaksiyada çiyin-çiyinə çalışmış Mərcan Sabirqızı, tanınmış şairlər Asif AsimanSüleyman Sərraf, dəyərli qələm sahibi Nizami Kolanılı,  "Əyar" jurnalının baş redaktoru Mədaxil Cavadlı, "Manevr.az" saytının əməkdaşı Natiq İsmayıloğlu, şairə Sevinc Murad çıxış edərək Nisə xanım Qədirova haqqında xatirələrini bölüşmüşlər. 

Təəssüf hissi ilə qeyd olunmuşdur ki, əgər yaşasaydı, bu gün bu gözəl insanın, istedadlı şairənin, əzmkar və məhsuldar jurnalistin, geniş ürəkli, saf qəlbli, üzündən heç vasxt təbəssüm əskik olmayan dəyərli ziyalının xatirə gecəsi yox, 55 illik yubileyi qeyd olunacaqdı.

Tədbir boyu Nisə xanım Qədirovanın şeirləri bədii qiraət olunmuş, haqqında yazılmış şeirlər səsləndirilmişdir.

Qərara alınmışdır ki, qarşıdakı günlərdə şairənin Şabran rayonunun Qalacıq kəndindəki məzarına ziyarət təşkil olunsun.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər