"Baküden Fethiyeye Gönül köprüsü" müəlliflərə təqdim olundu -Şəkillər
Baxılıb: 3108 Tarix: 25-06-2022 18:11

Azərbaycanlı həkim-şair Nazilə Gültac və Türkiyəli şair-tərcüməçi Coşkun Karabuludun birgə həyata keçirdikləri "Könül yolçuları" layihəsi çərçivəsində Türkiyədə nəşr olunmuş azərbaycanlı qələm adamlarının şeir və hekayələrindən ibarət "Baküden Fethiyeye Gönül köprüsü" kitabı müəlliflərə təqdim olunub.
Sumqayitfakt.Az xəbər verir ki, antologiyada şairlərdən Kəmalə Abiyeva, Nazilə Gultac, Əzizə Ağahüseynqızı, Sevinc Qərib, Afət Viləşsoy, İbrahim İlyaslı, Namiq Dəlidağlı, Qəzənfər Məsimoğlu, Nizami Muradoğlu və Məmmədyar Məmmədyarlının şeirləri, eləcə də yazıçı Günel Natiqin hekayələri yer alıb.

Kitabda seirləri çap olunan, dünyasını dəyişmiş şair dostlar Nizami Muradoğlu və Məmmədyar Məmmədyarlı ehtiramla anıldı, xatirələr dilə gətirildi.
Tədbirdə həmçinin, gələcək planlardan, layihələrdən danışıldı. Könül yoçuluğunun əbədi və sarsılmaz olması diləyi ilə yekunlaşan görüş xatirə şəkilləri ilə tarixin yaddaşına köçdü.
Sevinc Qərib
Sumqayitfakt.Az









loading...
Ən çox oxunanlar