Xəbər xətti
23-06-2021
22-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Çərkəz Nəsirlinin 60 illik yubileyi və "Köç gedəndən sonra" kitabının təqdimatı keçirilib -fotolar

Baxılıb: 31 035     Tarix: 24-04-2017 18:52   


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon numayəndəliyində Çərkəz Nəsirlinin 60 illik yubileyi və "Köç gedəndən sonra" kitabının təqdimatı keçirilib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon numayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov, yazıçı Əli bəy Azəri, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov və digərləri çıxış edərək Çərkəz Nəsirlinin pedaqoji fəaliyyəti və yaradıcılığı haqqında fikirlərini bildirib, yaradıcılığında və pedaqoji fəaliyyətində uğurlar diləyiblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Eldar Hüseynov tədbirə qatılaraq yubilyarı idarə rəisi Mehman Şükürovun adından təbrik edib, xoş arzularını çatdırıb və fəxri fərman təqdim edib.

Daha sonra Zəngilan rayon mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri mahnı sovqatı ilə yubilyarı təbrik ediblər.

Qeyd edək ki, Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin direktoru Çərkəz Nəsirli pedaqoji fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyəti ilə rayon ictimaiyyətinin rəqbətini qazanan qələm sahiblərindəndir. Ç.Nəsirli “Musiqi ilə döyünən ürəklər”, “Zəngilanda musiqi ocaqları” kitablarının müəllifidir.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti


Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər