Oğlu həbs cəzası alan ananın məhkəmədən qəribə istəyi
Baxılıb: 431 Tarix: 22-06-2022 09:46

Türkiyənin Kayseri şəhərində narkotik ticarəti ittihamı ilə 8 il 4 ay həbs cəzasına məhkum edilən şəxsin anasının məhkəmədən qəribə istəyi olub.
Qadın məhkəmə sədrindən polisin əməliyyat zamanı götürdüyü hermetik qapaqlı qazanını geri istəyib.
Qadının oğlu isə həbs qərarına etiraz edərək özünü müdafiə edib və narkotik alveri ilə məşğul olmadığını, yalnız istifadəçi olduğunu deyərək azadlığa buraxılmasını istəyib.
Məhkəmə zalında olan təqsirləndirilən şəxsin anası isə məhkəmə sədrindən polis qruplarının evdə əməliyyat keçirərkən içində narkotikin olduğunu düşündükləri üçün götürdükləri qazanını geri istəyib.ölkə.az
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar