Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Azərbaycan məmurunun arvadı Türkiyədə 20 MİLYON DOLLARA 16 villa alıb

Baxılıb: 3995     Tarix: 24-01-2016 11:11   
Azərbaycan məmurunun arvadı Türkiyədə

Sumqayitfakt.az xəbər verir ki, Virtualaz.or saytının redaksiyasına Azərbaycan neftinin pullarının necə talanmasına dair sensasion dosye daxil olub. Dərhal qeyd edirik ki, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır. Və biz belə başa düşürük ki, öz növbəsində türkiyəli jurnalistlərə yüksək vəzifəli azərbaycanlı məmuru ifşa edən bu dosyeni onun kompanyonları sızdırıblar.

Belə görünür ki, həmin azərbaycanlı məmur türkiyəli podratçılar qarşısında öz öhdəliklərini yerinə yetirməyib, beləliklə də onlar həmin zəngin və nüfuzlu məmurdan qisas almaq qərarına gəliblər.

Lakin bu məsələdə bizi türklərin motivi qətiyyən maraqlandırmır. Bizi heyrətə salan Azərbaycanın pullarının necə talan edilməsini və həmin məmurun korrupsioner fəaliyyətini əks etdirən təkzibedilməz faktlardır.

Azərbaycan məmurunun arvadı Türkiyədə

Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiyamızın sərəncamında Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.


Azərbaycan məmurunun arvadı Türkiyədə

Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?

Vətəndaş K.Mehdiyeva Salyan rayonunda anadan olub, işləmir. Əvəzində onun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri dövlət neft şirkəti SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.


Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbətdə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder Uorren Baffet kimilərinin gücü çatardı.

Azərbaycan məmurunun arvadı Türkiyədə

Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Azərbaycan məmurunun arvadı Türkiyədə

Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərə alaraq hüquq mühafizə orqanları, ilk növbədə Baş prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir!

Dövlət büdcəsini talayırlar, vəsaitləri mənimsəyirlər və Bodrumda yüzlərlə sot torpaq sahəsinə, 16 villaya yatırırlar. İnanın ki, bu hələ Mikayıl İsmayılov-Qiymət Mehdiyev duetinin korrupsioner fəaliyyətinə dair ilk faktdır. Türkiyəli həmkarlarımız bizə SOCAR sistemindəki dəhşətli korrupsiyanın izinə düşməyə kömək edən yeni faktlar verəcəklərini vəd ediblər. Biz isə hələlik Qiymət Mehdiyevin və onun şefi Mikayıl İsmayılovun reaksiyasını gözləyirik...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər