Xəbər xətti
04-08-2021
03-08-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Jurnalistin anası oğlunu döyüb öldürənlərə ən ağır cəza istədi

Baxılıb: 2710     Tarix: 22-01-2016 09:53   
Rasim Əliyevin anası: “Onu soyundurmuşdular, ağzı, gözləri açıq idi...”

Jurnalistin anası oğlunu döyüb öldürənlərə ən ağır cəza istədi

Yanvarın 21-də öldürülən jurnalist Rasim Əliyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti proses oldu. Əvvəlki proseslərdə təqsirləndirilən şəxslərdən 4-nün ifadəsi dinlənildiyinə görə yalnız biri qalmışdı.


Saat 11:00-da hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmə sonuncu təqsirləndirilən şəxs Samir Mustafayevin ifadəsi ilə başladı. O, irəli sürülmüş ittihamları qəbul etmədiyini söylədi: “Mərhuma Allah rəhmət eləsin. Burada oturanları tanımıram. Hadisə günü evdə idim. Elşənin bibisi oğlu mənə zəng vurub dedi ki, dayım oğlu ”Bayıl" marketi tanımır, onu həmin yerə aparmaq lazımdır. Bir şəxslə görüşəcəyini də dedi. Mən də onları deyilən yerə apardım. Biz ora çatandan 1 dəqiqə keçmədi ki, rəhmətlik Rasim gəldi. Söhbəti bilmədiyimə görə kənara çəkildim. Əvvəl mənə demişdilər ki, bir şəxslə görüşüb, anlaşılmaz olan məsələni aydınlaşdırmalıyıq. Söhbət zamanı qəflətən gördüm ki, dava düşdü. Yaxınlaşıb Rasimi yerdən qaldırdım. O da qaçıb getdi. Qayıdanda “Bibiheybət” məscidinə namaz qılmağa getdik".

Təqsirləndirilən şəxsin ifadəsinin bu yerində mərhumun anası Teyfurə Əliyeva ona cinayətdən xəbərdar olduğunu, yalan danışdığını bildirdi. S.Mustafayev mərhumun anasına belə cavab verdi: “Bilsəm, heç onları ora aparardım? Kim özünü oda atar? Videodan görünür ki, nə Kənan, nə də mən onu vurmamışıq. İnsanlıq niyyəti ilə ona kömək etmişəm. Amma indi görürəm ki, insanlıq lazım deyilmiş. Maşınla qayıdanda bir az peşmançılıq oldu. Kənan dedi ki, gərək ona qarşı belə etməyəydik”.

Bundan sonra təqsirləndirilən şəxsin istintaqdakı ifadələri elan olundu. Onun ifadələrində ciddi ziddiyyətlər ortaya çıxdı. Belə ki, Mustafayev istintaqda Elşənin ona zəng vurduğunu, bibisi oğlu barədə Rasim Əliyevin təhqiramiz ifadələr işlətdiyini deyib. Amma məhkəmədə təqsirləndirilən şəxs ifadəsinin tam əksini söyləyərək, söhbətdən xəbərsiz olduğunu qeyd etdi. Yaranan ziddiyyətə o, bu cür aydınlıq gətirdi: “Müstəntiq istintaqda ağlına gələni yazıb”.
S.Mustafayevin vəkili istintaqda yazılan ifadənin hərf səhvinə qədər eyni olduğunu bildirdi.
Bununla da təqsirləndirilən şəxslərin ifadələri başa çatdı. Məhkəmə zərərçəkmiş tərəfin ifadələri ilə davam etdi.

İlk olaraq, öldürülən jurnalistin anası Teyfurə Əliyeva ifadə verdi: “Şənbə günü olduğundan Rasim yuxudan gec durdu. Yemək hazırladım. Həmin vaxt ona zəng gəldi. Rasim danışa-danışa koridora getdi. Əvvəl sakit, ardınca gərgin danışdı. Soruşanda əvvəl demədi. Oğlum danışan vaxt onun dilindən söyüş eşitmədim. Ard-arda zənglər gəldi. Narahat olub, səbəbini soruşdum. Rasim dedi ki, Cavid adlı futbolçu var, nalayiq hərəkət edib, mən də fikrimi yazmışam. O, yazdıqlarının qarşı tərəfdə qıcıq oyatdığını bildirdi. Mənə dedi ki, zəng edən Cavidin özü idi, o mənada əl işarəsi göstərmədiyini deyirdi. Rasim onu da bildirdi ki, razılaşdıq, ona bununla bağlı status yazmağın vacib olduğunu dedim. Oğlum Cavidin hərəkətlərini təkcə onun yox, çox adamın səhv başa düşdüyünü də futbolçuya demişdi. Cavid oğluma deyib ki, yazdıqlarından xəbərim olmayıb, mənə qohumum deyib. Rasim mənə dedi ki, Cavidə bibisi oğlunun məni təhqir etdiyini dedim, o da üzr istəniləcəyini söylədi. Sonra gördüm ki, Rasim hazırlaşıb evdən çıxır. Soruşanda onlarla görüşə getdiyini bildirdi. Dedi ki, oturub çay içəcəyik. Mən onun getməyinə razı olmadım. Gərginliyi olmasa da, narahat idi. Dedim ki, oğlum, səni aldadarlar. Gülə-gülə söylədi ki, Cavidlə kişi sözü danışmışıq. O gedəndən bir az sonra bu hadisəni eşitdim. Zəng etdim, Rasimin telefonuna cavab verən olmadı. Elşən də, Cavid də kişiliyə yaraşmayan hərəkətlər etdilər. Rasim döyüldükdən sonra qaçarkən başını ağrıdan tutub qışqırırmış. Birtəhər maşınla xəstəxanaya gedib. Bir saatdan sonra olduğu yer barədə xəbər tutdum. Ora gedəndə Babək həkim dedi ki, narahat olmayın, ciyəri təmizdir, qabırğalarında sınıq var. Amma oğlum deyirdi ki, qulaqlarım eşitmir. Orada oğluma qarşı laqeyd münasibət gördüm. Hətta onunla həkimlər arasında da gərginlik olmuşdu. Rasimə yer belə verməmişdilər. Orada Babək həkimin sözlərinə inandım”.

Mərhumun anası həkimlərin məsuliyyətə cəlb olunmalarını tələb etdi: “Əgər Rasimin vəziyyəti ağır idisə, niyə dərhal əməliyyat olunmadı? Deməli, bizi aldadıblar. Rasimə həkim deyib ki, ayaqüstə gəzmə, ciyərlərinə su yığılar. Oğlum onda bildirib ki, mənə yer vermirsiniz, harada uzanım? Bunu deməkdə məqsədim odur ki, Rasimə qarşı bu qədər laqeyd münasibət olub. Sonradan ona yer verib, sistem qoşdular. Gecə saat 11-ə qədər orada oldum. Sonradan evə onun üçün yemək, paltar gətirməyə getdim. Dostu Rasimin yanında qaldı. Gecə saat 1-ə qalmış Babək həkim zəng vurub dedi ki, Rasimin vəziyyəti pisləşib, qan qusur, təcili əməliyyata götürürük. Yarım saata xəstəxanaya çatdım. Əməliyyat otağının qabağında həkimlərdən Saday və Babəki gördüm. Saday həkim dedi ki, bunun vəziyyəti ağırdır, hər iki tərəfdən qabırğaları sınıb, ciyərləri dağılıb, dalağı yoxdur. Babək həkimə bizi niyə aldatdığını soruşdum. Açıq şəkildə mənə dedi ki, söz idi, dedim də.

Reanimasiyaya girdim, Rasimi soyundurmuşdular. Ağzı, gözləri açıq idi. Cansız bədənə oxşayırdı. Bəlkə də həmin vaxt artıq dünyasını dəyişmişdi. Ona süni aparat qoşmuşdular. Bilirdim ki, oğlum artıq həyatda yoxdur, amma yenə də ümidimi üzmürdüm. Həkimə dedim ki, yarım saata gəlmişəm, ağır əməliyyat bu qədər qısa vaxta bitə bilməz axı. Oğlum əvvəlcədən ölmüşdü, cərrahiyyə əməliyyatına ehtiyac qalmamışdı. Ölmüş şəxsi əməliyyat adı ilə gecə səhərə saxlayıb, bizi aldatdılar. Mən evə gəldiyim vaxt Cavid və meneceri Rasimin yanına gəliblər. Polis gələn vaxt Cavid gedib. Əgər günahı yox idisə, niyə qaçırdı? Oğlumu döyənlərın hamısı onunla görüşə bu məqsədlə gediblər. Oğlumu Cavid aldadaraq, baş verənləri təşkil edib. Əgər söyüş olsaydı, Elşən, oğlum sənə hörmətli sözünü feysbukda yazmazdı. Polisə də Rasimin özü xəstəxanada olanda yanımda zəng vurdu. Övladımı bunlar döyməsə, o, xəstəxanaya düşməzdi, həkimlər də səhlənkarlıq etməsələr, Rasim ölməzdi. Prezidentə müraciət etmişik, həkimlərlə bağlı. Rasimin ölümündə həm də onlar günahkardır. Təqsirləndirilən şəxslərə ən yuxarı hansı cəza düşürsə, onu da verin”.

İfadələrdən sonra hakim prosesin 26 yanvar saat 10:30-da davam edəcəyini elan etdi.

Məhkəmədən sonra zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı proses barədə jurnalistlərə açıqlama verdi: “Samir Mustafayev ifadə verərək, hadisə barədə məlumatsız olduğunu söylədi. Amma məlumatsız idisə, niyə gedirdi? Bu suala o, cavab verə bilmədi. Rasim Əliyevin anası ifadəsində Cavid Hüseynov və Elşən İsmayılovun oğlunu evdən çıxardaraq, görüşə çağırdıqlarını bildirdi. Həkim səhlənkarlığı da göstərildi. Növbəti prosesdə digər şəxslər, o cümlədən Cavid Hüseynov və digərləri ifadə verəcəklər”.

C.ABBASLI


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər