Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib -VİDEO+FOTOLAR

Baxılıb: 3638     Tarix: 15-10-2016 11:57   
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib


Sumqayitfakt.Az xəbər verir ki, oktyabrın 14-də Gəncədə "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən YAP Gəncə şəhər təşkilatının qərargahında keçirilən təlimdə 30-dan çox QHT nümayəndəsi və gənc fəallar iştirak edib.

Təlimin layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, layihənin əsas məqsədi QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişaf etdirilməsidir. Məlumat verilib ki, indiyədək Bakı, Şirvan, Quba və Mingəçevir şəhərlərində 100-ə yaxın QHT üzvləri üçün təlimlər keçirilib.

Layihə çərçivəsində 400 QHT üçün subdomenli saytlar, 150-yə yaxın QHT liderləri üçün isə bloqlar yaradılıb. Cari ilin mayında başlayan layihənin noyabrın 5-də yekunlaşacağını qeyd edən təlimçi vurğulayıb ki, şəbəkədə daha çox aktivlik göstərən QHT-lərə və gənc fəallara xüsusi mükafatlar təqdim olunacaq.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər