Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

30 Avqust Türkiyədə Zəfər bayramıdı

Baxılıb: 495     Tarix: 30-08-2022 10:43   
Türkiyə Cümhuriyyətinin mübarək milli günlərindən biri - 30 Avqust Zəfər bayramı.  
Bu bayram Türkiyə tarixinə Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.
  Möhtəşəm Çanaqqala Zəfəri sonradan bütün Türkiyənin, eləcə də ümumtürk dünyasının zəfəri kimi qeyd olunmağa başladı.
  30 Avqust Zəfər bayramı - 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Baş komandanlıq meydan müharibəsi" sayılan “Büyük Taarruz”u bayrametmə günüdür. İşğalçı orduların ölkə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 Avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir.

  Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub, rəsmi olaraq isə 1936-ci ilin may ayında elan edilib.
  Türkiyədə Zəfər bayramı münasibətilə gün boyu təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbir mavzoleyini, digər rayonlarda şəhidlikləri ziyarət edir, Mustafa Kamal Atatürkə, silahdaşlarına və bütün əsgərlərin ruhuna dualar oxuyurlar.
  30 avqust Türkiyədə rəsmi tətildir. Həm də hər il bu gün Quru Qoşunları Hərbi Məktəbində məzun buraxılışı olur. Zabit rütbələri də məhz bu gün verilir.
  Şəhidlərin ruhu qarşısında baş əyir, bizə əmanət edilən Türkiyənin başını hər zaman hər yerdə ucaltmaq üçün var-qüvvəmizlə çalışırıq.
  Yaşasın Türkiyə Cümhuriyyəti və sarsılmaz qələbələrini qazandıran qəhrəman övladları!


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər