Sumqayıtlı tanınmış şair vəfat etdi
Baxılıb: 2120 Tarix: 25-06-2022 11:08

Azərbaycan ədəbiyyatına və ictimaiyyətinə ağır itki üz verib.
Sumqayitfakt.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, tanınmış pedaqoq və şair, əmək veteranı, Qazax Müəllimlər Seminariyasının məzunu, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı vəfat edib.
Qeyd edək ki, Q. Mehdixanlı 1938-ci ildə Ağstafada anadan olub. Sonrakı taleyini Sumqayıt şəhərinə bağlayan Qənirə xanım ömrünün 60 ilini pedaqoji fəaliyyətə həsr edib. Sumqayıtın ictimai-siyasi həyatında fəal iştirakı ilə yanaşı, yaradıcılığı ilə də ədəbi mühitin nüfuzlu nümayəndələrindən olub. Təhsildəki fəaliyyətinə görə Əməkdar müəllim adına layiq görlüb. Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri kimi də xidmətləri danılmazdır.
Allah rəhmət eləsin!
Sumqayitfakt.Az ailəsi olaraq, əzizimiz Qənirə Mehdixanlının vəfatı ilə bağlı doğmalarına, həmkarlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Allahdan səbr diləyirik. Ruhu şad olsun!

loading...
Ən çox oxunanlar