Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

“Ayda 200 min icarə haqqı alan deputatın maaşını 2-3 dəfə artırmaq kimin ağlına gəlib?”

Baxılıb: 537     Tarix: 22-06-2022 23:24   




“Deputatların maaş artımına yanaşma kökündən qüsurludur”.
Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında deyib.
Həmin yazını təqdim edirik:
Ayda 200 min icarə haqqı alan deputatın maaşını 2-3 dəfə artırmaq kimin ağlına gəlib?
Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə– 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib.
Dəyişiklik qəbul olunsa sıravi deputatların maaşları, hər aylıq əlavələri də nəzərə almaqla 7455 manata yüksələcək.
Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olacaqsa bu məbləğdə maaş tam normal qarşılana bilər.
Hamı bilir ki bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən tutmuş sıravi deputatadək belələri var.
Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatların yaradıcı analitik fəaliyyət üçün, deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır.
Amma hamı da  bilir ki, bizim Milli Məclisdə vəziyyət necədir.
Deputatların böyük əksəriyyətinin real biznesləri var. Bəziləri heç bunu gizlətmirlər də və müsahibələrində qeyd edirlər.
Təkrar edirəm ki, mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim.
Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Halal xoşu olsun.
Seçicilərinin hamısı da bunu bilirlər.
Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır?
Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə  həm biznesindən gəlirlər əldə edəcək və həm də 7455 manat da dövlətdən alacaq.
Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər.

Amma kimlərsə bu məsələni gündəmə gətirib və böyük əksəriyyət biznesmen, oliqarx deputatlar da, hətta arzulamasalar belə bu cür biabırçılığa qol qoymalıdır.
Fikrimcə, məsələnin bu formada qoyuluşu və zaman-zaman bu formada artımlar absurd bir vəziyyət yaradır.
Ümid edirəm bu məsələni gündəmə gətirənlər baş verənlərin fərqindədir və ağlabatan bir yanaşma ortaya qoya biləcəklər.
 
Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər