“Palmali Holding"in növbəti gəmisi şəhidi Xudayar Yusifzadənin adını daşıyacaq
Baxılıb: 369 Tarix: 22-06-2022 18:23

44 günlük Vətən savaşında adı dastana dönən şəhidimiz Xudayar Yusifzadə indi də dənizləri fəth edəcək.
“Palmali Holding"in növbəti gəmisi Vətən Müharibəsinin şəhidi Xudayar Yusifzadənin adını daşıyacaq.
Sumqayitfakt.Az xəbər verir ki, "Palmali" prezidenti Mübariz Mənsimov şəhidin anası Radə Qurbanovaya zəng edərək oğlunun adının gəmiyə verilməsi ilə bağlı razılıq və xeyir-dua istəyib. Təklifi kövrəkliklə qarşılayan ana təşəkkürünü bildirib. Xudayar Yusifzadənin anası sözügedən gəminin yola salınması törənində iştirak etmək üçün İstanbula dəvət olunub.
Sumqayitfakt.Az
Palmalinin növbəti gəmisi şəhid Xudayar Yusifzadənin adını daşıyacaq
loading...
Ən çox oxunanlar