Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

İranda hərbi bazaya dron hücumu olub - ŞƏKİL

Baxılıb: 645     Tarix: 19-06-2022 18:42   





Tehranın qərbində yerləşən və SEPAHA-a məxsus “Şəhid Hemmət” hərbi bazası hücuma məruz qalıb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Küveytin “Əl-Qəbəs" qəzeti öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, hadisə cümə günü gecə saatlarında baş verib.
Hücumun hədəfinin ballistik raketlərin və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir. Belə ki, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.
Güman olunur ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib. Ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar xaricdə hazırlanıb, ayrı-ayrı hissələr şəklində gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb.
Həmçinin, məlumatlı mənbələr xəbər verir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib. Çox güman ki, o, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün gəlib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər