Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Azərbaycanda dövlət qulluqçuları TƏNBEH EDİLDİ: Maaşları azaldı, vəzifələri kiçildi - SİYAHI

Baxılıb: 480     Tarix: 01-06-2022 19:30   


Azərbaycanda ötən il 513 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib, onlardan 4-nün vəzifə maaşı azaldılıb, ikisinin isə vəzifəsi kiçildilib.
Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2021-ci il üzrə hesabatında əksini tapıb.
Sənəddə bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 513 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Daxili İşlər Nazirliyi üzrə 379, Dövlət Gömrük Komitəsi üzrə 37, Qida Təhlükəsizliyi Agentliyi üzrə 16, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 14, Dövlət Statistika Komitəsi üzrə 14, Əmək və Əhalinin Sosial M4üdafiəsi Nazirliyi üzrə 11, Xarici İşlər Nazirliyi üzrə 10, Kənd Təsərrüfatı Nazirliyi üzrə 7, İqtisadiyyat Nazirliyi üzrə 5, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 5, Maliyyə Nazirliyi üzrə 3, Mədəniyyət Nazirliyi üzrə 3, Energetika Nazirliyi üzrə 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə 3, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 1, Müdafiə Nazirliyi üzrə 1, Ədliyyə Nazirliyi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilmiş 513 intizam tənbeh tədbirindən 197-si dövlət qulluğundan azad edilmə, 101-i töhmət, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.
Hesabatda vurğulanıb ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumatda tətbiq edilən 198 intizam tənbeh tədbirinin növü göstərilməyib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər