Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

“Torpaqları azad edib burada qalacağam” – 24 yaşlı şəhidin Tanrı ilə “söhbəti”

Baxılıb: 2101     Tarix: 27-05-2021 23:14   
“Torpaqları azad edib burada qalacağam” – 24 yaşlı şəhidin Tanrı ilə “söhbəti”

İki bacının bircə qardaşı, ailənin kiçiyi və ən sevimlisi idi. Hələ uşaqlıqdan sapsarı saçları, göy gözləri ilə hamının diqqətini cəlb edirdi. Hamı onu “Əbi” deyə, çağırar, əzizləyərdi. Tale elə gətirdi ki, bu yaraşıqlı və gözəgəlimli oğlan təkcə doğulub-böyüdüyü kəndin, el-obanın yox, onu tanıyanların da, tanımayanların da sevimlisinə çevrildi. Şəhidliyi ilə hamının gözündən ucaldı.

Eyvazov Əbülhəsən Balaş oğlu 1996-cı il noyabrın 1-də Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuşdu. Hələ 9 aylıq körpə ikən ailəsi Bakının Nardaran kəndinə köçmüş, bir müddət orada yaşadıqdan sonra atasının işi ilə əlaqədar yaşayış yerini Xətai rayonuna, NZS qəsəbəsinə dəyişmişdilər. Onda Əbülhəsən 3 yaşında idi. Böyüyüb məktəb yaşına çatdı, nizam-intizamı, ədəb-ərkanı ilə şagird dostlarının, müəllimlərinin hörmətini qazandı. 2014-cü ildə Xətai rayon 165 saylı orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırıldı.
Hərbi xidmətə yollanarkən valideynləri onun üçün böyük bir məclis düzənləmişdi. Gözəl bir məclis! Sanki Əbülhəsənə toy edirdilər, toyu olmayacaqmış kimi...

Hərbi xidmət borcunu cəbhənin Ağdam istiqamətində yerinə yertirən Əbi həmişə seçilən əsgərlərdən oldu. Komandirləri, əsgər yoldaşları ondan çox razılıq edirdilər, xətrini çox istəyirdilər. Hətta bölük komandiri Vətən məhəbbəti, yurd sevgisi ilə böyütdüyü övlada görə atası Balaş kişi ilə görüşmək istəmiş, “Əbülhəsənə bu cür tərbiyə verən ataya minnətdarlıq edəcəyəm” deyə söyləmişdi. Komandirin dilindən oğlu haqqında belə xoş sözləri eşidən ata o qədər sevinmişdi ki!
Əbülhəsənin 2016-cı ildə hərbi xidmətini başa çatdırıb evə dönməyinə bir gün qalmış Aprel döyüşləri başladı. O, Azərbaycan ordusunun işğalçı Ermənistan üzərində Böyük Qələbəsinin müjdəçisi olan 4 günlük döyüşlərdə iştirak etdi və şüacətlə vuruşdu. Hərbi xidmətdən evə xüsusi təşəkkürnamə ilə qayıtdı.

Dostları, həmşayıdları onu qalib ordunun əsgəri kimi qarşıladılar. Əbi nümunəvi xidmətə görə layiq görüldüyü tərifnamələri fəxarətlə atasına təqdim edib, ona sarılması Balaş kişinin qəlbini hədsiz sevinc və qürur hissi ilə doldurdu.

Hərbi xidmətdəb qayıtdıqdan bir müddət sonra Bakıdakı şadlıq saraylarından birində video-operator işləməyə başladı. Lakin toyun səs-küyü onu yorduğundan bu işdən ayrılmalı oldu və bir müddət fərqli sahələrdə çalışdı. Nəhayət, paytaxtın ən nüfuzlu restoranlarından sayılan “Mangal-stake house”da işə götürüldü, burada qısa müddətdə aşpaz peşəsinin sirrlərini mənimsədi.

Əbülhəsən zəhmətkeş ailədə böyümüşdü. Böyrək xəstəsi olan, fəhləliklə ailəsini dolandıran atasını ağır işlərə getməsinə razı olmurdu. “İndiyədək çox əziyyət çəkmisən, indi sən dincəl, mən işləyəcəyəm” deyirdi. Hər gün sübh tezdən yuxudan qalxıb Zığdakı çörək və un məmulatlarını istehsalı müəssisəsinə gedir, orada hazırlanan lavaşları Bakının müxtəlif ərazilərindəki mağzalara paylayır, günorta saat 13-də evə qayıdıb nahar edəndən sonra əsas iş yerinə - Bayıldakı “Manqal hause” restoranına yollanır və yalnız gecə saat 2-3 radələrində evə gəlirdi. Çətinliklə, zəhmətlə başa gəlsə də, aylıq qazancı ilə ailənin büdcəsinə əməlli-başlı pul gətirirdi. Son vaxtlar könlündən evlənmək keçirdi, sevdiyi qız da vardı. Hərdən “ata, ev tikək” deyə, valideynlərinə mesaj verirdi. Ev tikmək üçün nə lazım idisə, almışdı. Ev tikəcəkdi ki, nişanlansın, toyunu eləsin.
Özü üçün kiçik bir biznes qurmaq niyyətində idi. İş yerində qazandığı təcrübəyə əsaslanaraq balaca bir restoran açmağı planlaşdırırdı. Son vaxtlar öz arzularından, xəyallarından, planlarından tez-tez danışırdı... Amma vətənin çağırışı bu arzulardan daha vacib oldu: 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətail Rayon İdarəsindən Eyvazovlar ailəsinə zəng gəldi. Əbülhəsən hərbi təlimlərə getməli idi. O, bu çağırışıa çox sevindi. Ali Baş Komandanın əmrini gözləyən bir əsgər kimi ürəklə, coşqu ilə təlim yerinə yollandı. Dostları ilə görüşüb ayrılanda “inşallah Aprel döyüşlərində başladığımız işi tam şəkildə başa çatdırıb qayıdacağam” dedi.

Vətən müharibəsinin ilk günündən döyüşə başlayan oğlunun arxasınca Balaş kişi də orduya dəstək kampaniyasına qoşuldu. Öz şəxsi avtomaşını ilə cəbhə bölgəsinə ərzaq daşıyır, qələbə naminə əlindən gələn köməkliyi göstərməyə çalışırdı. Füzulinin cəbhəyanı kəndlərində, Əhmədbəylidə, Bala Bəhmənlidə artıq hamı Balaş kişini arxa cəbhənin ən fəal könüllüsü kimi tanımağa başlamışdı. Əsgər atası burda həm də düşmənlə döyüşə girən yeganə oğlu haqqında məlumat əldə edə bilirdi. Hərbçilərin hörmət və etibarını qazanmış Balaş Eyvazov bəzən onlarla birlikdə ön cəbhənin dəinliklərinə gedib çıxırdı.
Ailəsi Əbülhəsənlə sonuncu dəfə sentyabrın 28-də danışdı. Əbi özü zəng eləmişdi, əhval-ruhiyyəsi çox yaxşı idi, heç bir çətliyinin olmadığını söyləmişdi. Amma elə bil, şəhid olacağını bilirmiş, anası ilə danışanda “buralar çox gözəl yerlərdi, torpaqları azad edək, mən də torpaq alıb burada qalacağam” demişdi.

Elə bu zəngdən bir gün sonra Balaş kişi yenidən cəbhəyə yollandı. Həm oğlundan xəbər tutmaq, həm də əsgərlərimizə dəstək olmaq istəyirdi. Füzuli istiqamətində döyüşlərin qızğın xaraker aldığı günlərdə oğlundan heç bir məlumat ala bilməyən Balaş Eyvazov narahat olmağa başlayır. Qoşunların təmas xəttindəki postlara gedib-gələn döyüşçülərin çoxu Əbülhəsəni şəxsən tanısalar da, onun haqqında dəqiq məlumat verə bilməyəcəklərini söyləyirdilər.

Oğlundan xəbər tutmaq üçün Balaş kişi özü, nəhayət, hərbçilərlə birlikdə axtarışa çıxır. Yalnız düşmən qüvvələri məğlubiyyətə uğrayıb, geri çəkildikdən sonra irəliyə getmək, döyüş meydanında qəhrəmancasına həlak olan əsgər və zabitlərin nəşini oradan çıxarmaq mümkün olur. Oktyabrın 28-də döyüş mövqeyindən çıxarılan şəhidlərin arasına Balaş kişi oğlunu tanıyır. Əbi son nəfəsinədək düşmənlə vuruşmuş, özünü torpaqlarımızın azadlığı uğrunda fəda etmişdi.

Oktyabrın 29-da onun nəşini əvvəlcə Əhmədbəylidəki hospitala, oradan isə Bakıya gətirirlər. Etəsi gün isə bu vətən fədaisi Suraxanı ərazisindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn edilir. Buradakı xiyabanda indi 20 şəhid uyuyur.

Noyabrın 1-də 24 yaşı tamam olacaqdı. Amma həmin gün Əbülhəsənin şəhadətə qovuşduğunun üçüncü günü idi. İndi atası hər gün şəhid oğlunun ziyarətinə gedir.

Müharibəyə yollanmamışdan 2 ay əvvəl özünə maşın da almışdı. Şəhid olandan sonra atası maşını satmaq istəsə də, anası razı olmayıb, “oğlumun maşını qapıda gözümün qabağında qalsın” deyib.

Eyvazov Əbülhəsən Balaş oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra ”Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Balaş kişi oğlunun cəbhəyə yollanmamışdan əvvəl çalışdığı iş yerindən də razılıq edir: “Sağ olsunlar, bu günə qədər bizi yaddan çıxarmayıblar. “Mangal Steak House” restoranının rəhbəri daim ailəmizin vəziyyəti ilə maraqlanır. İş yoldaşları, tez-tez zəng edirlər, yardım göstərirlər. Əbülhəsənin fotosunu böyüdüb həm ofisdə, həm də restoranda gözəgəlimli yerdə qoyublar. Baş aşpaz restorandakı işini ona etibar edirdi, oğlum da etimadı doğruldurdu. İndi də hərdən oğlumun iş yerinə gedirəm, oradakı işçilər Əbidən ötrü göz yaşları tökür... O qədər mehriban və şirindil uşaq idi ki! Restoranın rəhbərliyi Əbülhəsənin aylıq maaşını adına açdığımız kart hesabına göndərir. Allah işlərini avand eləsin, diqqətdən kənarda qoymurlar”.

Əbülhəsən yağışı sevirdi, əllərini yuxarı qaldıraraq özünü yağışın altında islatmağı xoşlayırdı. İndi Balaş kişi bunu dərin bir hüznlə xatırlayır: “Çağırırdım ki, niyə özünü isladırsan? Deyirdi, yağışın altında islanmaq başqa bir şeydir. Allahın rəhmətidir, adama rahatlıq verir!”.
Allahın rəhmini belə qazandı Əbülhəsən! Yeri cənnət olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elxan SALAHOV

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər