Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Əhməd bəy Ağaoğlu və Şuşa

Baxılıb: 4490     Tarix: 05-01-2021 13:17   
 Əhməd bəy Ağaoğlu və Şuşa
Əhməd bəy Ağayev (Əhməd bəy Ağaoğlu) (1869-1939) – Azərbaycanın görkəmli ziyalısı, ideoloqu, jurnalisti, publisisti, “Difai” təşkilatının qurucusu, ədəbiyyatımıza böyük töhfələr verən ədibi, yazıçısı, vətənpərvər igid oğludur.
Əhməd bəy Ağaoğlu 1869-cu ilin dekabr ayında Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Cənnət Şuşamızın yetişdirdiyi dahi şəxsiyyətlərdən biridir Əhməd bəy. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşiblər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun olması ailənin ziyalı təbəqəsindən olduğunu bildirirdi. Xüsusən, babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən biri olub. Mirzə İbrahim Şuşada xət-tatlıq edirdi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəb və rus dillərini bilirdilər. Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən olan Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi. Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid, bulaq vardı. Əhməd bəy belə zəngin bir diyarda dünyaya göz açıb, böyümüşdür.

Əhməd bəy Ağaoğlu 1881-ci ildə Şuşada altı siniflik Real məktəbi açıldıqdan sonra atası onu Şuşa Real məktəbinə təhsil almağa göndərir. Əhməd bəy həyatında ilk dəfə qərb ideologiyası ilə Şuşada məhz bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bir çox çətinliklərə baxmayaraq, o, təhsilini uğurla başa vura bilmişdir. Şuşa şəhəri Azərbaycan ədəbiyyat tarixinə Qasım bəy Zakir, Mirzə Sadıq Piran, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Nəcəfqulu bəy Şeyda, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Ceyhun Hacıbəylı, Qəmər bəyim Şeyda, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirmişdir. Qarabağın dilbər guşəsi olan Şuşa şəhəri Şərqlilərə məxsus arxitekturası ilə başqa şəhərlərdən fərqlənir.

Əhməd bəy 1896-cı ildə Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub və Şuşada müəllimlik fəaliyyətinə başlayıb. O, Şuşada ilk dəfə qiraətxana-kita-bxana açıb. Məhz bu idi Əhməd bəyin uğuru, qələbəsi. Onun vaxtı ilə öz doğulduğu, boya-başa çatdığı Şuşada oxumağa imkan verməyən ermənilərə qarşı qazandığı qələbə. Əhməd bəy təhsilini davam etdirdi və doğma Şuşasına müəllim kimi qayıtdı. Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa nail olmuşdu.

Azərbaycanın qədim Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixində şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Bu sevincli xəbərə bütün Azərbaycan xalqı sevindi. Eyni zamanda Şuşadan olan Əhməd bəy Ağaoğlunun ruhuda Şuşa ilə birlikdə azad olmuşdur. Qədir bilən Azərbaycan xalqı və Azərbaycan dövləti mütləq ki, Şuşada Əhməd bəy Ağaoğlunun ev muzeyini olduğu kimi bərpa edəcək, onun Şuşada büstünü qoyacaqdır. Vaxtı ilə böyüyüb boya-başa çatdığı məhəllədəki küçələrdən birinə Əhməd bəy Ağaoğlunun adı veriləcək. Azərbaycan xalqı Əhməd bəy Ağaoğlunun bu

ildən sonrakı anım günlərini Şuşada onun ev muzeyində qeyd edəcək. Bu qələbə eyni zamanda Azərbaycan ədəbiyyatının qələbəsidir.

Həcər Aslan qızı Atakişiyeva

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər