Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində Türklər

Baxılıb: 3537     Tarix: 28-12-2020 20:43   
Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində Türklər
Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyanda anadan olub. Əli bəy Hüseynzadənin babası Qafqazın şeyxülislamı olan Axund Əhməd Səlyani idi. O, babasının himayəsində böyümüşdür. Əli bəy Hüseynzadə türk, fars, ərəb, alman və rus dillərini mükəmməl şəkildə bilmişdir. XX əsrin əvvəllərində nəşr olunan "Füyuzat" jurnalının Azərbaycan ictimai fikrinin inkişafında mühüm xidmətləri olmuşdur. Əli bəy Hüseynzadə "Füyuzat" məktəbini də yaratmağa nail olmuşdur. "Türkləşmək, islamlaşmaq, müasirləşmək" Əli bəy Hüseynzadənin həyat amalı idi. Əli bəy Hüseynzadə öz məqalələrində yazırdı ki, bütün türklər vahid millətdirlər və buna görə də vahid dildən, yazıdan istifadə etməlidirlər. Əli bəy Hüseynzadə 1940-cı ildə Türkiyənin İstanbul şəhərində mühacir kimi vəfat edib.

Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsəri Azərbaycan ədəbiyyatı üçün çox qiymətlidir. Əli bəy Hüseynzadə 1926-cı ildə Bakıda çağırılmış Bakı türkoloji qurultayında Fuad Köprülü ilə birgə iştirak etmişdir. Onun qurultaydakı məruzəsi 1926-cı ildə Bakıda çap olunmuşdur. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində Türkoloji nədir? sualına cavabda bildirir ki, türkologiya Türk dilində danışan xalqların dilindən, ədəbiyyatından, həyat tərzindən, tarixindən və s. bəhs edən elmdir. Türk xalqlarının mədəni, ədəbi əlaqələrinin yaradılmasında türkologiyanın böyük əhəmiyyəti var.

Əli bəy Hüseynzadə P.Y.Çaadayevin “Dəlinin mədhiyyəsi” əsərini rəhbər tutaraq, Rusiya tarixinə, pravoslavlığa qarşı tənqidi fikirlər söyləyən, geridə qalmış Rusiyanı qabaqcıl Qərbə qarşı qoyaraq yazırdı ki: “Digər millətlərin tarixi gerçəkdən onların hürriyyət tarixidir. Rusiyanın tarixi isə ancaq köləliyin, diktatorluğun tarixidir” Rusiya Avropaya yaxınlaşmalı və Avropanın bir parçası olmalıdır. Çaadayevin fikrincə, Rusiya Katolik Qərbdən ayrılmaqla həqiqi dindən uzaq düşmüşdür. Ona görə pravoslav kilsəsindən fərqli olaraq, katolisizm tarixdə mütərəqqi hadisə olmuşdur. Əli bəy Hüseynzadə Firdovsinin “Şahnamə” əsərinin qəhrəmanlarından olan Səyavuşu türklərin Əfrasiyab nəslindən olduğunu bildirir. Firdovsinin Səyavuşu mənəvi paklıq, alicənablıq, insanpərvərlik, sülhpərvərlik nümunəsidir. Səyavuş müharibələrə, qırğınlara qarşı olub. O, insanpərvərlik duyğularına görə taxtı-tacından, ata yurdundan əl çəkib, qürbətə getməyə məcbur olur. Əli bəy Hüseynzadə Puşkinin poeziyasında Qafqaz xalqlarına, onların müstəmləkə əsarətlərinə qarşı apardıqları mübarizələrə həsr etdiyi şeirlərindəki türk obrazlarını yüksək qiymətləndirmişdir. Puşkinin yaradıcılığındakı humanizm onun Qafqaz xalqlarının həyatından, əsarətindən, üsyanlarından bəhs edən əsərlərində özünü daha çox göstərmişdir. Tolstoyda bir şəxsiyyət kimi Türkü, müsəlmanı sadə, açıq ürəkli, yalandan, hiylədın, saxtakarlıqdan uzaq, mərd, doğruçu, əxlaqlı təsvir etmişdir. Tolstoy Türkləri ağalardan asılı olmayan, muti təhkimçilik etməyən, qul, kölə olmayan bir millət kimi qiymətləndirir. Tolstoy yazır ki, Türklər öz adət, ənənələrindən başqa heç bir qanuna tabe olmurlar. Tolstoyun Türklərə olan sevgisini “Hacı Murad” əsərində açıq bir şəkildə görmək olur. Tolstoy “Hacı Murad” əsərində Rusiyaya qarşı uzun müddət mübarizə aparan Şeyx Şamil və onun naibi Hacı Murad obrazı ilə çarizmin müstəmləkəçilik siyasətini tənqid etmişdir.

Dostoyevski “Ölülər evindən qeydlər” əsərindəki türk obrazları Omsk həbsxanasında dustaq olan qafqazlılardır. Bu qafqazlılar mehriban, cəsur, vətənpərvər, təmiz və saf insanlardır. Cinayətkar, quldur, at oğrusu deyillər. Məhbus qafqazlılar siyasi görüşlərinə görə məhbus olublar. Dostoyevski qafqazlıların qəhrəmanlıq xüsusiyyətini əsərində rəğbətlə təsvir etmişdir. Əli bəy Hüseynzadə İngilis şairi Corc Bayronun “Don Juan” poemasında yaratdığı türk obrazlarını müsbət hisslərlə işıqlandırılmışdır. Bu Türk obrazları epizodik və arxa planda verilməsinə baxmayaraq, onların müsbət cəhətləri o qədər məharətlə tərənnüm olunmuşdur ki, hafizələrdən silinmir. Ruslarla müharibədə 5 oğlu ilə döyüşən bir türk xanını məharətlə oxucunun xəyalında canlandıra bilmişdir. Heç nə bir Türkü ruslarla müharibədən döndərə bilməz. O, müharibədə 5 oğlunu şəhid verməsinə razı olur, ancaq torpaqların itirilməsinə razı olmur. Bayronun əsərində verilən türk qızı Leylanın dini mənəviyyatı, inamı möhkəmdir. O, əsir düşür, bütün əzablara dözür, xaçı öpmür, çünki Leyla Türk idi. O, müsəlman idi və onun peyğəmbəri Hz.Məhəmməddir.

Bayron Rusiyada yaşamamışdı, ancaq o, Rusiyanın xalqları qırmaq ehtirasını bütün dolğunluğu ilə təsvir edə bilmişdir. Əli bəy Hüseynzadə Portuqaliya şairi Kamoensin “Luziada” poeması ilə İtaliya şairi T.Tassonun “Qurtarılmış Qüds” əsərlərində Qərbin türklərə, müsəlmanlara münasibəti təhlil edir. Ukrayna yazıçısı, şərqşünas-alim olan Aqafangel Yefimoviç Krımskinin “Azərbaycanşünaslığa dair Nizami və müasirləri”, “Şimali Qafqaz Azərbaycanı tarixindən səhifələr”, “Şəki” oçerki və s. qiymətli əsərlərdir.

Əli bəy Hüseynzadə İstunbulun fəthini 1453-ili Türk dünyası üçün xüsusi əhəmiyyətli sayırdı. İstunbulun fəthi nəticəsində İstanbul boğazı türklərin əlinə keçdi. Qara dəniz ticarət yolu Osmanlı dövlətinin nəzarəti altına düşdü. Türklər Şərqə gedən dəniz və quru yollarına sahib oldular. Əli bəy Hüseynzadə yazırdı ki, Səlib müharibələrinin XI əsrin ortalarından başlamasının başlıca səbəbi Türklərin güclənməsi olmuşdur. Səlcuq türklərinin müqəddəs Qüds şəhərini tutmaları səlib yürüşlərinin başlaması üçün bəhanə olur və bu müharibə xristianların müsəlmanlarla mübarizəsi adı ilə tarixin səhifələrində qaldı. Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində Səlib müharibələrinin (1099-1270) əsl mahiyyətini açıq bir şəkildə əks etdirə bilmişdir. Ümumiyyətlə, Qüds şəhəri müsəlmanlar üçün Məkkə və Mədinə şəhərlərindən sonra ən müqəddəs şəhərdi. Səlib müharibəsi zamanı Qüds Türklərdən alınır və katoliklərin mərkəzi olur. Səlib müharibəsi tarixdə Türklərə çox böyük ziyanlar vurmuşdur. Əli bəy Hüseynzadə Firdovsinin “Şahnamə” əsərində İran-Turan müharibələrindən yazıb. “Şahnamə” də Firdovsi İranın qonşusu olan Turanla apardığı müharibələrin səbəbini turanlıların, türklərin ən güclü hökmdarı olan Əfrasiyabda görürdü. İranlılar Alp Ər Tunqadan yəni, Əfrasiyabdan çox qorxurdular, buna görə də onu qədim iranlıların şər, pislik allahlarına verdikləri adla adlandırırdılar. Rus ədibləri olan Puşkin, Lermontov öz şeirlərində Qafqaz Türklərinin azadlıq hisslərini rəğbətlə tərənnüm etmişdirlər. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində rusların Türkləri Qafqazda sıxışdırmaq məqsədi ilə Oktyabr inqilabından sonra erməni daşnakları ilə birləşdiklərini yazır. Rus çarlarının apardığı siyasəti davam etdirən Lenin Böyük Ermənistan yolu ilə Qafqazı sovetləşdirmək istəyirdi. Sovet Rusiyasına kömək etmək müqabilində ermənilər Türklərin yaşadıqları və əzəli Türk torpaqları olan Türkiyənin Şərq vilayətlərini və Azərbaycanın Zəngəzur, Naxçıvan, Qarabağ torpaqlarını istədilər. Bu məkirli siyasətə qarşı 1918-ci il 28 may Azərbaycan Müstəqilliyini elan etdi və

1918-ci il iyunun 4-də Türkiyə ilə sülh və dostluq müqaviləsi bağladı. Ə.Hüseynzadə 1918-ci ildə qanlı mart hadisələrində Türklərin erməni vəhşilərinin əli ilə qırıldığını yazırdı. Türkiyə türkləri Azərbaycana kömək etmək məqsədilə gəldilər. 1918-ci ilin sentyabrında Türklər Bakıya daxil oldular. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində Şaumyanın başçılıq etdiyi erməni bolşeviklərinin 1918-ci il mart ayında 17000 azəri türkünü qəddarlıqla qətlə yetirdiyi o qanlı soyqırım hadisələrini qələmə almışdır. Bakıdakı bu soyqırıma, milli qırğına vətəndaş müharibəsi adı verilməsini qeyd edirdi. O, eyni zamanda 1918-ci il mart soyqırımında ermənilərin Bakıda, Qubada, Şamaxıda, Şəkidə və s. Azərbaycan torpaqlarında vəhşi cinayətlərini təsvir etmişdir. Böyük Ermənistan xülyasına düşən ermənilər Şaumyanın başçılığı altında Azərbaycan Demokratik Respublikasını devirmək üçün əllərindən gələn hər şeyi etdilər. Əli bəy qeyd edirdi ki, Bakıda, Gəncədə ermənilər 10.000-dən çox türkü qəddarlıqla öldürmüşdülər. Nəriman Nərimanov Azərbaycan türklərinin ermənilər tərəfindən öldürülməsi cinayətlərini Stalinə çatdırırdı, amma heç bir tədbir görülmürdü və beləliklə, Azərbaycan türkləri məhv olunurdu. Qərbin türkləri sevməməsinin bir səbəbi də türklərin müsəlman olmaları idi. Qərbə köç edən oğuz türkləri İslam dinini burda yaymağa nail ola bildilər. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsərində hun sərkərdəsi Atillanı böyük hörmətlə qeyd edir. Hunlar köçəri türk tayfaları idilər. Atilla Avropaya Türkün gücünü göstərən bir qəhrəman idi. Atilla Qərbi Romanı süqut etdirmişdir. Atilla Qərbin və Şərqin hökmdarı olmuşdu. Avropa Türk Atillanı yüzillərlə unuda bilmədi. Əli bəy Hüseynzadə “Qərbin iki dastanında türk” əsəri Türk milləti üçün çox qiymətlidir. Əli bəy Hüseynzadənin Türk soyuna bəxş etdiyi böyük bir töhvədi.

Həcər Aslan qızı Atakişiyeva

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər