Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Stalin niyə xalqları Qazaxıstana sürgün edirdi?

Baxılıb: 3103     Tarix: 23-09-2018 21:41   
Stalin niyə xalqları Qazaxıstana sürgün edirdi?


Sovet diktatoru, Türk xalqlarının düşməni Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi Axısqa türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edildilər.

Sumqayitfakt.Az ölkə.az-a istinadən bildirir ki, ana vətənlərindən amansızcasına qoparılaraq yalquzaq səhralara göndərilən bu xalqın başına gələn müsibətləri yalnız onların özləri təsvir edə bilər. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Axısqa türkü həlak oldu, bütün siyasi hüquqlardan məhrum edildi. Sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edildi, adları başqa-başqa xalqların adı ilə adlandırıldı. Gürcülər onlara müsəlman gürcü adını yapışdırmağa çalışdı.

Bəs bu sürgünlər niyə məhz Qazaxıstana edilirdi? Stalin niyə xalqları bu əraziyə sürgün edirdi? Sualın cavabını tarixçi-alim Əkbər Nəcəf verib:

"Stalin dövründə sürgün edilən xalqlar (krım, axıska və Şimalı Qafazdakıların) əsasən Qazaxıstana göndərilirdi. Bunun səbəbi 1928-1933-cu illərdə Sovetlərin Qazaxıstanda tətbiq etdikləri və böyük iflasa uğrayan "kollektivləşdirmə" siyasəti idi.

O vaxta qədər əsasən köçəri olan qazaxların başlıca məşğuliyyəti heyvandarlıq idi. 1929-ci ildə 4 milyondan çox qazaxın əlində 30 milyondan artıq heyvan vardı. Sovetlər qazaxların əlindən heyvanlarını alıb, onlara torpaq sahələri verərək kəndliləşdirəcəklərini fikirləşmişdilər. Bu məntiqsiz plan, böyük bir fəlakətə səbəb oldu:

1. Qazax torpaqlarının əkinə yararlılığı öyrənilməmişdir və ya nəzəri öyrənilmiştir;

2. Toprağı işləyən insan gücü ilə heyvanı saxlayan insan gücü arasındakı fərqi hesaba qatmamışdılar;

3. Köçəri olan əhalinin oturaq həyat keçməsinin təbii və başlıca ehtiyacları qarşılanmamışdı.

Nəticədə, Qazaxıstanda doqquz ilə ərzində əhali yarı yarıya azaldı. 1939-cu il əhali göstəricilərində Qazaxların 2 milyona yaxını aclıqdan ölmüşdür və geriya sadəcə 2 milyon 300 min əhali qalmışdı. Heyvan sayı isə 4 milyona qədər düşmüşdü.

Həm Qazaxıstandakı insan boşluğunu doldurmaq, həm də Qazax torpaqlarında əkinə yararlı hala gətirmək üçün sürgünlərin ünvanı məhz bu ölkə idi...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər